İran-İraq sərhədində insident: ölən və xəsarət alanlar var

img

18-02-2020 [15:30]


İran sərhədini qanunsuz keçmək istəyən şəxslərlə sərhədçilər arasında insident baş verib.

Bu barədə İran Sərhəd Qoşunlarının Kirmanşah əyaləti üzrə bölməsi açıqlama yayıb.

Bildirilib ki, hadisə İran-İraq sərhədində yerləşən Pavə sərhəd keçid məntəqəsində qeydə alınıb.

Belə ki, şəxsiyyəti məlum olmayan bir neçə nəfər İraqdan İran ərazisinə keçməyə cəhd göstərib. Bunu görən sərhədçilər onlara atəş açıb. Nəticədə sərhədi qanunsuz keçməyə çalışan şəxslərdən 1 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA