DİN-dən YAP funksionerinin oğlunun saxlanma xəbəri ilə bağlı - Açıqlama

img

19-12-2019 [22:13]


Daxili İşlər Nazirliyi Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğlu Fariz Ağayevin polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılmasıyla bağlı açıqlama yayıb.

Mia.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya DİN-in Mətbuat Xidmətinin Şirvan Regional qrupunun baş inspektoru Toğrul Nəsirli açıqlama verib.

Onun sözlərinə görə, həmin şəxs saxlanılmayıb və üzərindən də hər hansı narkotik maddə aşkar olunmayıb: "Deyilənlər yalandır, Fariz Ağayev barəsində qətimkan tədbiri seçilməyib".

Məlumata görə, Fariz Ağayev azadlıqdadır.

Qeyd edək ki, günorta saatlarında KİV-də onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlandığına dair xəbər yayılmışdı.Onu da əlavə edək ki, 1990-cı il təvəllüdlü F.Ağayev dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəddir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 07.12.2025

Sabah yağış yağacaq

13:52 06.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA