Şəmkirdə piyadanı vurub, hadisə yerindən qaçan sürücü saxlanılıb

img

18-12-2019 [11:10]


Şəmkirdə piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü saxlanılıb.

DİN-nin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, dekabrın 14-də saat 7 radələrində Şəmkir şəhəri ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini Telman Şıxməmmədov vurulub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü, Əliyaqublu kənd sakini İ.Mustafayev saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 07.12.2025

Sabah yağış yağacaq

13:52 06.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA