Dövlət binasında məmurları qətlə yetirməyi planlayan iki nəfər tutuldu - Ukraynada

img

17-12-2019 [20:00]


Ukraynada dövlət məmurlarını qətlə yetirməyi planlaşdıran şəxslər həbs edilib.

Mia.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, “Ukrayna Xalq Ordusu” adlı qanunsuz birləşmənin iki rəhbər şəxsi zərərsizləşdirilib. Araşdırma zamanı məlum olub ki, birləşmə üzvləri Ukraynada dövlət qurumlarının binalarını zəbt etməyi, məmurların həyatına qəsd etməyi, infrastruktur obyektlərini partlatmağı planlaşdırıblar.

Onlardan 2 tank əleyhinə mina, 1,5 kiloqramlıq partlayıcı, 7 avtomat, 9 tapança, 3 mindən artıq silah-sursat aşkarlanıb. Məhkəmə baxışı zamanı hər ikisi günahını etiraf edib, onlar barəsində həbs qətimkan tədbiri seçilib, təşkilatın digər üzvlərinin həbsi üçün əməliyyat davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 07.12.2025

Sabah yağış yağacaq

13:52 06.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA