İmişlidə yol qəzası olub, xəsarət alanlar var

img

17-12-2019 [16:02]


İmişli rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

Hadisə zamanı "Mercedes" markalı avtomobildə 2 bacı -  Xocavənd rayonundan olan məcburi köçkün, 1978-ci il təvəllüdlü Kəmalə Vaqif qızı Zamanova və 1976-cı il təvəllüdlü Aynur Vaqif qızı Cəfərova xəsarət alıblar. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, hadisə İmişli-Qaravəlli-Mirili avtomobil yolunun rayonun Bəcirəvan kəndindən keçən hissəsində qeydə alınıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 07.12.2025

Sabah yağış yağacaq

13:52 06.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA