Bakıda keçmiş məhkum avtomobil qaçırıb

img

17-12-2019 [14:04]


Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, dekabrın 16-da Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Sultanov dekabrın 14-də Biləcəri qəsəbəsi ərazisindən “Honda” markalı avtomobilinin qaçırıldığını bildirilib.   

Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş S.Kazımov həmin gün qəsəbə ərazisində avtomobillə birgə saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 07.12.2025

Sabah yağış yağacaq

13:52 06.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA