11-12-2019 [00:12]
Qoç - inad, məqsədyönlülük və güclü iradə sayəsində ən mürəkkəb məsələlərin öhdəsindən gələ biləcəksiniz. İşgüzar danışıqlar, maliyyə məsələlərinin müzakirəsi və həlli üçün münasib gündür. Axşam vacib bir məlumat alacaqsınız.
Yaxınlarınızla aranızda fikir ayrılığı yarana bilər. Ailədə liderlik üstündə mübahisə istisna deyil. Xoşbəxtlikdən, münaqişənin yaranmasına imkan vermir, nəzakətli olmağa çalışırsınız. Günün ikinci yarısı ziyafyətə qatılmaq olar.
Buğa - uzun müddət sizi irəliləməyə qoymayan emosional problemləri həll etməyin zamanı gəldi. Bu asan olmayacaq, ancaq səylərinizin nəticəsindən məmnun qalacaqsınız. İdmanla, fiziki işlə məşğul olmaq üçün münasib gündür - bu, həm kefinizi qaldırır, həm də pozitiv əhvala köklənməyə imkan yaradır.
Ətrafınızdakılara qarşı gerçək marağınız yeni tanışlıqlar qurmağa imkan verir: münasibətlər o qədər sürətli inkişaf edir ki, bəzən hətta özünüzü də qorxudur. Ancaq perspektivlər heç də pis deyil.
Əkizlər - işgüzar əməkdaşlığa başlamaq üçün yaxşı gündür. İnsanları sizin üçün faydalı olan əməllərə asanlıqla yönəldirsiniz. Uzunmüddətli əməkdaşlıq barədə müqavilələr imzalaya bilərsiniz. Vacib işgüzar və şəxsi məsələlərin müzakirəsi məhsuldar keçəcək.
İri məbləğdə pul xərcləyə bilərsiniz. İncəsənət və şou-biznes sahəsinə aid insanlarla ünsiyyət xoş keçəcək. Enerjiniz çoxdur, idmanla məşğul olmaq faydalıdır. Sağlamlaşdırıcı prosedurlar səmərəli olacaq.
Xərçəng - düşünülməmiş, qətiyyətli hərəkətlər günüdür: bunların əsl motivi heç özünüzə də bəlli deyil. İş bundadır ki, intuisiyanız hakimiyyəti ələ alıb, sağlam düşüncə isə onun ardınca çatdırmır. Əməllərinizin nəticəsi gözlənilməz, ancaq xoş olacaq.
Elmi ədəbiyyat oxumağınız, peşəkarlığınızı artırmaq, dünyagörüşünüzü genişləndirmək məsləhətdir. İntellektual potensialınız çox yüksəkdir, bundan yararlanmağa çalışın. Gözlənilmədən şəxsi xarakterli vacib suallarınıza cavab ala bilərsiniz.
Şir - ünsiyyət üçün xoş gündür. Başqalarının istəklərinə qarşı diqqətlisiniz, onların arzularını və ehtiyaclarını nəzərə alırsınız. Nüfuzlu bir şəxsdə özünüz haqda xoş təəssürat yarada biləcəksiniz. Yaxşı ideyalarınız varsa, onları həyata keçirmək üçün köməkçiləriniz də var.
Yaradıcı potensialınız yüksəkdir. İstənilən şəraitdən çıxış yolu tapa biləcəksiniz. Bu günə romantik görüş təyin edə bilərsiniz: gözəl və unudulmaz olması sizin əlinizdədir. Gözlənilməz təkliflər ala bilərsiniz, bunları qəbul etdiyinizə peşman olmayacaqsınız.
Qız - vergi, sığorta, kreditlə məşğul olan idarələrin işçilərinin bəxti bu gün yaman gətirəcək. Mürəkkəb hesablamalar aparmaq, biznes-plan hazırlamaq olar.
Yaranan imkandan istifadə edərək sizin üçün dəyərli olan adamlarla münasibətlərinizi düzəldin. İndi həm çoxdankı fikir ayrılıqlarını bitirə, həm də gələcək üçün ortaq planları müzakirə edə bilərsiniz. İri alış-veriş etmək məsləhət deyil.
Tərəzi - risk etməyə, taleyinizi sınağa çəkməyə meyllisiniz. Xoşbəxtlikdən, bunun nəticələri pis olmayacaq, gözlədiyinizdən daha çox bəxtiniz gətirir. Maliyyə işlərində uğurlar mümkündür, sərfəli sövdələr bağlaya bilərsiniz. Gözləmədiyiniz mənbədən pul daxil ola bilər.
Əməyinizin dərhal mükafatlandırılacağını gözləməyin: hazırda gələcək uğurlarınızın bünövrəsini qoyursunuz. Yeni ortaqlarınızla əsəkdaşlığınız məhsuldar olacaq. Bu gün başlanan romantik tanışlıq uzun sürməsə də, həyatınızı dəyişdirəcək.
Əqrəb - strateji məsələlərin həlli və uzunmüddətli planlaşdırma üçün münasib gündür. İntellektual potensialınız çox yüksəkdir, istənilən mürəkkəb situasiyadan çıxış yolu tapmağa qadirsiniz. Ətrafınızdakılar sizinlə zarafat edir, bəzən hətta məsxərəyə keçirlər. Amma bu, sizin əhvalınızı pozmur. Axşamadək kefiniz yaxşı olacaq.
Səfərlər yaxşı keçir, yollarda maraqlı tanışlıqlar qura bilərsiniz. Aktiv istirahət, idman, uzunmüddətli gəzintilər üçün yaxşı gündür. Axşam gözlənilməz bir görüş həyatınıza güclü təsir edəcək.
Oxatan - gün sizə yorucu görünür, ancaq səyləriniz hədər getməyəcək, əldə etdiyiniz nəticələr sevindirəcək. Ətrafınızdakılarla asan dil tapır, onların hərəkətlərinin əsl məramını və gizli fikirlərini vaxtında anlayırsınız. Düşmənlərinizi ifşa edə bilərsiniz.
Ailə üzvlərinə aid xəbərlər sevindirəcək. Bir çox Oxatanların bayram etmək üçün səbəbləri var. Bir az özünüzü nazlandırmaq, həmçinin yaxınlarınızı sürprizlərlə sevindirmək imkanlarını qaçırmayacaqsınız. Xərcləriniz çox olacaq, amma pulsuz qalmaqdan qorxmayın.
Oğlaq - hissiyyatlı adamların həyatı sürətlə dəyişir, əvvəlki şübhələr və məyusluqlardan əsər-əlamət qalmır. Zəhmət çəkin - bəhrəsini görün!
İmkanlar inanılmazdır, sadəcə, öz gücünüzə inanmağınız yetər. Uzunmüddətli planları dəqiqləşdirmək lazım gəlir. Bu, ümumilikdə faydalıdır. Maliyyə və əmlak məsələlərinin uğurlu həlli mümkündür.
Dolça - çox enerjilisiniz, bir yerdə dayanmaq bilmirsiniz. Hansısa yeni bir işə başlamazdan əvvəl onu yaxşıca götür-qoy edin. Emosiyaların təsiri altında hərəkət edir, bununla vurnuxma, gərəksiz qayğılar yaradırsınız. Daha təcrübəli insanların məsləhətlərini dinləyin.
Maliyyə və əmlak məsələlərilə bağlı vacib qərarlar vermək məsləhət deyil. Ailə problemləri çox diqqət tələb edəcək. Təsadüfi tanışlıq sizdə güclü hisslər oyadacaq. Amma bunun əsl münasibətlərə çevrilməsi şübhə doğurur.
Balıqlar - mürəkkəb məsələlərin həlli, birmənalı olmayan şəraitdən çıxış yolunun tapılması üçün münasib gündür. Bu gün ağlınıza gələn ideyalar həm təzəliyi, həm də gecikmədən reallaşdırıla bilmələri ilə diqqət çəkəcək. Vaxtınızı boşa verməyin, müsbət tendensiyaların təsiri hələ ki, güclüdür, dayanmayın, hərəkətə keçin.
İşgüzar səfərlər uğurlu olacaq, çox mümkündür ki, belə səfərlər zamanı maraqlı, eyni zamanda romantik xarakterli tanışlıqlar olsun. Bu gün aşiq olmaq, həmçinin başqalarını özünüzə valeh etmək çox asandır.
Milli.Az
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə
İlham Əliyev Polşa prezidentinə məktub göndərib - MƏTN
Növbədənkənar parlament seçkisi: nə vaxt olacaq? - Açıqlamalar
"GƏNCƏDƏ SAQQALLILAR və ÇAYQIRIQLILAR DEYİLƏN DƏSTƏLƏR VAR" - "...tüfəngi götürüb özünü güllələyəndən sonra qaçıb gediblər” (VİDEO)
Keniyada daşqın: 188 nəfər ölüb, 90 nəfər yoxa çıxıb
İçərişəhərə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - Müzakirə + FOTO
Sertifikasiya imtahanları haqda - Açıqlama
Vəzifəli şəxslərə cinayət işi açıldı - Rəsmi məlumat (TƏFƏRRÜAT)
Sabiq nazir xaricdəki bahalı mənzillərindən və YAP-a üzv olmamasından danışdı: "Mənə qarşı kampaniyanın arxasında kimin durduğunu bilirəm..."
"Rabitəbank”ın sabiq sədr müavini 735 min dollara mənzil alıb - Evin daxilindən FOTOLAR
Braziliyada güclü sel: ölənlərin sayı 29-a yüksəlib, 60-dan çox insan isə itkin düşüb
"Bu evlər heç bir təbii fəlakətə dözümlü deyil” - Ekspert (VİDEO)
Türkiyədə daha bir FETÖ əməliyyatı: 30 nəfər saxlanılıb
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)