ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"

img

03-05-2024 [12:35]


"HƏMAS-ın Qəzzada bizim əsgərlərimizə hücum etməyi planlaşdırdığına dair heç bir əlamət görmürəm".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ müdafiə naziri Ostin Havayda keçirdiyi mətbuat konfransında deyib.

O, jurnalistlərdən birinin "HƏMAS Qəzza sahillərində üzən limanlar tikən ABŞ əsgərlərini hədəf ala bilərmi?" sualını verib.

Pentaqon şefi isə suala belə cavab verib: "Belə hücumunişarəti görünmür. Əlbəttə, biz burada kəşfiyyat məlumatlarını müzakirə etmirik. Ancaq təkrar deyirəm ki, belə hücum gözlənilmir. Söz yox ki, Qəzza münaqişə bölgəsidir, burada hər şey mümkündür. Ancaq biz ABŞ əsgərlərinin güvənliyi üçün hər şeyi etmişik. Əsgərlərimizin təhlükəsizliyi çox önəmlidir".

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA