Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb

img

25-11-2019 [11:11]


Bakıda ötən ay avtomobildən oğurluq edən şəxs saxlanılıb.

Mia.az DİN-ə istinadla bildirir ki, hadisə oktyabrın 23-dən 24-nə keçən gecə paytaxtın Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində baş verib.

Belə ki, həmin qəsəbədə yaşayan E.Vəliyevə məxsus "VAZ-2107” markalı avtomobilin 4 ədəd təkəri, şüşələri və maqintafonu oğurlanıb.

Daha sonra E.Vəliyev hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.Ağazadə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA