"Azərişıq"la bağlı araşdırma başlayıb

img

14-02-2026 [18:54]


Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə daxil olmuş vətəndaş müraciətləri əsasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətində 2025-ci ildə rəqabət qanunvericiliyinin pozulması ehtimallarına dair araşdırmalara başladılıb.

Dövlət Agentliyinin xəbərinə görə, birinci araşdırma çərçivəsində istehlakçıların elektrik enerjisi borcları hesablandığı andan etibarən qanunvericilikdə nəzərdə tutulmuş 1 ay müddət gözlənilmədən elektrik enerjisinin verilişinin dayandırılması halları yoxlanılır.

İkinci araşdırma isə qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi zamanı həmin obyektlərin elektrik şəbəkələrinin mühafizə zonasında yerləşməsi ilə əlaqədar "Azərişıq" tərəfindən mənfi rəylərin verilməsi halları üzrə aparılır.

Bildirilib ki, hər iki araşdırma hazırda davam edir və nəticələrə əsasən növbəti qərarlar veriləcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA