Bakıda qadına qarşı soyğunçuluq edən şəxs tutuldu

img

21-11-2019 [10:15]


Bakıda qadına qarşı soyğunçuluq edilib.

Mia.az DİN-ə istinadla bildirir ki, noyabrın 19-da paytaxtın Nəsimi rayon M.Cəfərov küçəsində saat 18:00 radələrində naməlum şəxs Bakı şəhər sakini H.Mehdiyevadan 1200 manat dəyərində 2 ədəd qulaqlığı soyğunçuluq yolu ilə ələ keçirib.

Daha sonra qadın hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 19-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1995-ci il təvəllüdlü Z.Balayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA