DSX meşədə gizlədilən silahları ələ keçirdi

img

15-11-2019 [10:52]


Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mü­hafizəsi və dövlət sərhədində rejim qaydalarına riayət olun­ması üzrə həyata keçirilmiş əməliy­yat-axtarış və qoşun tədbirləri nəticəsində sərhədboyu ərazilərdə gizlədilmiş odlu silahlar aşkar olunub.

Mia.az DSX-nə istinadla bildirir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağs­tafa rayonunun Sadıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində yerləşən "Qarayazı” Dövlət Meşə qoruğunda kolların arasında gizlədilən 1 ədəd 20 mm-lik ov tüfəngi, ona məxsus 9 ədəd patron və "Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Oğuz rayo­nunun Fil-filli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Qalaçay çayının sahilində qaya daşlarının altında giz­lədilən istifadəyə yararlı 1 ədəd 1960-cı il istehsalı olan "TOZ-8” markalı yivli silah aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA