14-11-2019 [20:04]
Almaniyada azərbaycanlara qarşı əməliyyat, saxlanılanların olması və təzyiqlərin davam etməsi gündəmi zəbt edib.
Yayılan məlumatlarda xüsusi diqqətçəkən məqamlardan biri Müsavat Partiyası ilə bağlıdır. Qeyd olunur ki, bu partiya saxta arayışlar tərtib edərək, siyasətdən uzaq olan insanların belə, siyasi mühacir kimi Almaniyaya göndərilməsinə şərait yaradıb.
Mühacir alverində adı hallananlar bunlardır: Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri İlham Həsən, Müsavat Partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov və Müsavat Partiyasının üzvü Elşən Abdullayev.
Müsavat Partiyasının sədri Arif Hacılı AYNA-ya açıqlamasında, baş verənlərə qısa və əsəbi şəkildə reaksiya verməklə kifayətlənib: "Almaniyada hələlik 57 və 49 yaşlarında, cəmi 2 azərbaycanlının həbsi ilə bağlı məlumat var. Baş verən hadisə ilə bağlı məlumat əldə etmək istəyirsinizsə, Müsavat Partiyasının Departament rəhbəri Mustafa Hacıbəylinin açıqlamasını oxuyun”.
Müsavatın adının sözügedən hadisədə mühacir alverində hallanması ilə bağlı sualımıza isə Arif Hacılı "Oldu, sağ olun!” deyib dəstəyi asmaqla cavab verdi.
Mustafa Hacıbəylinin sosial şəbəkə hesabından yaydığı açıqlamaya gəlincə, orada deyilir: "Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Məlumatda qeyd edilib ki, 49 və 57 yaşlarında olan iki azərbaycanlı miqrant saxlanılıb. Saxlanılanlardan birinin Əlövsət Əliyev olduğu da təsdiqlənib. Digər şəxsin isə Müsavat üzvü Mehdi Xəlilbəyli olması barədə məlumat yayılıb. Amma bu xəbər hələ öz təsdiqini tapmayıb”.
"Sosial mediada, həbs olunduğu bildirilən və müsavatçı kimi qeyd edilənlər arasında, həbsi barədə heç bir məlumat və Müsavat üzvü olmayan şəxslər də var. Məsələn, Müsavat üzvü kimi qeyd edilən Rəşad Məmmədov, nəinki Müsavat üzvü deyil, uzun müddət Müsavat və müsavatçılar əleyhinə kampaniya aparan şəxsdir. Bizdə olan ilkin məlumata görə, bəzi evlərdə olan axtarışlar və saxlanılmalar məhz onun şikayəti əsasında həyata keçirilib. Xüsusilə sosial mediada yayılan məlumatlarla bağlı araşdırmalar davam edir. Yaxın vaxtlarda daha dəqiq məlumatlar veriləcək. Hər halda Almaniyada mükəmməl ədalət mühakiməsi sistemi mövcuddur. Əminik ki, günahı olanlar cəzalarını alacaq, günahsızlar isə sərbəst buraxılacaqlar”, - deyə M.Hacıbəyli qeyd edib.
Vaxtilə Müsavat Partiyasının divan üzvü, hazırda isə AĞ Partiyanın sədri olan Tural Abbaslı da baş verənlərlə bağlı AYNA-ya açıqlama verib: "Təbii ki, o zamanlar da mühacirlər var idi. Amma mühacirlərin böyük əksəriyyəti həbslərə məruz qaldığı üçün ölkəni tərk etmişdi. Lakin bu hadisələr sonradan daha fərqli şəkildə cərəyan etməyə başladı”.
"Almaniya polisinin siyasi sifarişlərlə həbslər etməsi inandırıcı deyil. Bu baxımdan həbslərin ciddi qayda pozuntuları səbəbindən olduğunu düşünmək olar. Hər halda Almaniya polisinin faktları üzə çıxarmasını gözləməliyik. Ondan sonra hər şey daha da aydın olacaq”, - deyə Abbaslı əlavə edib.
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir