16-10-2019 [21:20]
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım Komitəsində (DAC) iştirakçı (participant) statusu əldə edib.
Nazirlikdən Mia.az-a daxil olan məlumata görə, ölkəmiz OECD/DAC ilə 2015-ci ildən etibarən əməkdaşlıq edir və Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən aparılan iş nəticəsində Azərbaycan bu mötəbər qurumda artıq iştirakçı olaraq təmsil olunur.
Bildirilib ki, "OECD/DAC inkişafa dəstək sahəsində başlıca donor dövlətlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın effektivliyinin artırılması məqsədilə yaradılmış ən nüfuzlu beynəlxalq qurumdur. Komitənin üzvləri sırasında 30 donor dövlət təmsil olunur, eyni zamanda, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və BMT-nin İnkişaf Proqramı onun fəaliyyətində müşahidəçi statusunda iştirak edir.
Qeyd edək ki, Azərbaycan MDB daxilində OECD/DAC-da bu statusda təmsil olunan yeganə ölkədir. Hal-hazırda Azərbaycanla yanaşı, təşkilatın iclaslarında cəmi 6 ölkə iştirakçı statusunda təmsil olunur (Bolqarıstan, Küveyt, Qətər, Rumıniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri).
XİN-nin məlumatına görə, AIDA tərəfindən 2016-cı ildən etibarən hər il təşkilata təqdim olunan Azərbaycanın Rəsmi İnkişafa Yardımı (Official Development Assistance/ODA) üzrə hesabat OECD tərəfindən nəşr olunan İnkişaf üzrə Əməkdaşlıq Hesabatında əks olunur və bu da ölkəmizin digər aparıcı dövlətlər ilə birlikdə beynəlxalq səviyyədə donor dövləti kimi nüfuzunun daha da möhkəmlənməsinə səbəb olur: "OECD/DAC iclaslarında iştirakçı statusunda təmsil olunmaq donorlar ailəsinin yeni üzvünə çevrilmiş Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da artmasına, ölkəmiz tərəfindən həyata keçirilən donor fəaliyyətinin səmərəliliyinin artırılmasına və yeni siyasi tərəfdaşlıqların əldə edilməsinə xidmət edəcəkdir.
Ölkəmizin yüksək statusda – iştirakçı olaraq dünyanın aparıcı və ən yüksək iqtisadi göstəricilərə malik olan ölkələri birləşdirən bu mötəbər qurumda təmsil olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin iqtisadi və siyasi yüksəlişinin bariz nümunəsidir".
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR