23-08-2013 [18:13]
Bu gün Füzuli və Cəbrayıl rayonlarının işğalının 20-ci ildönümü tamam olur. Mia.az saytı 1992-93-cü illərdə AXC Cəbrayıl şöbəsinin sədri olmuş Vaqif Əlisoyun həmin dövrə aid silsilə xatirələrini təqdim edir.
2 iyul 1993-cü il
Səhər saat 4-dür. Qradların, topların səsinə yuxudan durdum. Görəsən, nə olub? Telefonla polis şöbəsinə zəng vurdum. Növbətçi Ənvər Qafarov cavab verdi ki, ermənilər "Günəşli” postunu ələ keçirib, indi də "Quşçular” postuna hücum edirlər. Atamın məzarı həmin yerdən 300 metr aralı yerləşir. Getmək lazımdır. Uşaqlar yatan otağa keçdim. Hər birinin üzündən öpdüm. Həyat yoldaşıma dedim ki, ermənilər bizim kəndə hücum edirlər, dayana bilmərəm. Uşaqlardan muğayat olsun. Anama isə heç nə deməsin.
...Biz Quşçulara çatanda döyüş şiddətlənirdi. Atamın məzarını ziyarət etdim. Sonra polislərlə birlikdə "Kilsə” adlanan yerdə qərar tutduq. Sol tərəfdəki yüksəkliyi Milli Ordu, sağ tərəfdəki yüksəkliyi isə Cəbrayıl polisi qoruyurdu. Muco ilə Vidadi PK ilə, Zülfüqar isə snayperlə düşmənə aman vermirdi. Soldakı yüksəklikdə isə Vilayət Əhmədoğlu və Maarif Novruzovun döyüşçüləri igidliklə vuruşurdular. Düşmən geri çəkilməyə məcbur oldu. Həmin döyüşdə Milli Orduda Kərəmin başçılıq etdiyi topçular mərdliklə vuruşurdular.
Döyüşdə itkilərimiz də oldu. Cəbrayıl şəhər sakini, avtobus sürücüsü Arif, Milli Ordudan Mehman, Məhəmməd, adını bilmədiyim daha dörd igidimiz həlak oldu. Allah onlara rəhmət eləsin! Cəbrayılda ən çox şəhid verən kənd Böyük Mərcanlı və Daş Veysəlli kəndləri hesab olunurdu. Həlak olanlar da bu kəndlərdən idi.
3 iyul 1993-cü il
Səhər 5-dir. Düşmən Füzuli rayonunun Günəşli, Qaradağlı, Karazalq kəndlərini işğal edib. Xəbər gəlir ki, ermənilər kənddən girov aparıblar. Aparılanlar arasında qız-gəlinlər də var. Milli Ordunun əsgərləri, polis işçiləri, köməyə gəlmiş Balyand, Qaracallı, Doşulu, Daş Veysəlli kəndlərinin sakinləri igidliklə vuruşurdular. Silahı olmayanlar su, patron daşıyırdılar. Quşçular kəndinin sakinləri İdris, Asif, Qəşəm, anası və adını bilmədiyim digərləri əsgərlərə, polis işçilərinə qayğı göstərir, eyni zamanda döyüşürdülər.
Axşam saat 17-dir. Bir az sakitlikdir. Uşaqlar acdırlar. Ancaq bu haqda düşünmürlər də. Rəislə məsləhətləşdikdən sonra rayon mərkəzinə gəldim. Adamlar sığınacaqdadır. Mehmanxananın yanında bir dəstə adam var. Vəziyyət barədə onlara məlumat verdim. Şəhər sakini Fərəc Mirkişiyev öz şəxsi heyvanından bir baş verdi ki, əsgərlərimizə aparım. Orada nə baş verib, uşaqlar necə döyüşür? Heyvanı aparmaqda mənə yolda kömək etmək və hər şeyi geri qayıdanda camaata danışmaq üçün rəhmətlik Qabil müəllimin oğlu Vurğun da mənimlə getdi. Topuş kişinin oğlu Oqtayın taksisində Quşçulara gəldik. Axşam briqada komandiri Qüdrət Piriyev yanımıza gəldi. Söhbət getdi ki, necə oldu Günəşli kimi bir yüksəklik əlimizdən getdi? Məlum oldu ki, arxa səngərdə olan "Zepo” ön səngərə keçirilmiş, postda istənilən sayda əsgər olmamış, olanlar da yatmışdır. Düşmən də bundan istifadə etmişdir.
Alay komandirinin döyüş təcrübəsi demək olar ki, yox idi. Rayonda 3-4 ayda neçə dəfə komandir dəyişmişdir. Bütün əsgərlərin sevimlisi, Əfqanıstanda döyüş yolu keçmiş Ruhulla Babayev, Qədir Vəlişov kimi zabitlərin, Azər-Faiq, Tahir-Mahir qardaşlarının, digər igid oğlanların müxtəlif bəhanələrlə ordudan uzaqlaşdırılması bizə baha başa gəlmişdi. Müdafiə naziri Rəhim Qazıyev bu cür ordu yaradırdı. Ordu kimlərin əlində idi, bunu bütün cəbrayıllılar bilirdi. Yadıma AXC-nin ikinci qurultayı düşdü. Rəhim qurultayın sədrlərindən biri idi. Mən çıxış edib, onun fırıldaqlarından danışmaq istəyirdim. Rəhim mənim sözümü kəsdi. Yerdən isə bəziləri məni danışmağa qoymadılar. Rəhim isə məni "şalvarını çıxarıb, səni Cəbrayıla şalvarsız yola salacağam” – deyə hədələdi. Həmin epizodlar lentə alınıb.
Bu anlar səngərdə gözlərim qarşısında idi. Allah bizim xalqı Rəhimin və onu dəstəkləyənlərin bəlasından saxlasın.
(Ardı var)
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR