Növbədənkənar prezident seçiləri ilə bağlı qərar nə ilə bağlıdır? - Siyasi düşərgədən reaksiyalar

img

05-02-2018 [13:14]


Prezident İlham Əliyev Azərbaycan Respublikasında növbədənkənar prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla növbədənkənar prezident seçkilərinin tarixi 2018-ci il aprelin 11-nə təyin olunub.

Maraqlıdır, bu qərar müxalifət ictimai-siyasi arenada, eləcədə müxalif düşərgədə necə qarşılandı? Bu və ya digər suallarla ictimai-siyasi fəal şəxslərə, partiya sədrlərinəmüraciət etdik.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Mia.az-a açıqlamasında deyib ki, bu qərarın verilməsi ilə bağlı faktorlar çoxdur. 
2016-10-05-19-53-42eli-eliyev-yeni.jpg (960×960)
"Yeri gəlmişkən qeyd edim ki, ilk dəfə mən belə seçkilərin keçiriləcəyi ilə bağlı ehtimalı 2 ay əvvəl demişdim. O zaman baş verənlər belə qənaət yaradırdı-həm qanuna edilmiş dəyişiklik, həm Zahid Orucun Parlamentdəki çıxışı buna əsas yaradırdı. Zahid bəy sıradan millət vəkili olmadığını bildiyimdən, çıxışına ciddi yanaşmışdım. Hadisələr haqlı olduğumu sübuta yetirdi. 
Seçkinin önə çəkilməsinin səbəbləri çox ola bilər. Bir neçəsini söyləyim. Əvvəla, hakimiyyətin daxilində baş verənlər çox gərgin hadisələrdir. Bu ən ciddi səbəbdir. Bir qrup hakimiyyət mənsubları hesab edirlər ki, onların xidmətləri müstəsnadır, hakimiyyətin zəmini onlardır, toxunulmaz və dəyişilməzdilər. Təbii ki, bu "quru" yerdə söylənmir və düşünülmür. Həmin qrupun nəzarətində olan konkret daxili idarəçilik mexanizmləri, beynəlxalq dəstək, maliyyə resursları və fiziki güc mövcuddur. Bu qrupa qarşı gözlənilməzlik amilindən istifadə olunduğunu düşünürəm. Bu qrupun söykəndiyi beynəlxalq mərkəzin özünün də bu dövrdə başı seçkiyə qarışmış olacaq. Digər faktor beynəlxalq amildir. Hər dəfə planlaşdırılan seçki kampaniyasına geniş müdaxilər olduğundan, belə blits seçkilər müşküllərin sayını azalda bilər. Həm də əsas mənfi təsir rıçaqı rolunda çıxış edən Rusiyanın özünün başı seçkilərə qarışmış olacaq. 3-cü uduş amili hakimiyyət üçün müxalifətin qəfil haqlanmasıdır. Adətən müxalifətimiz dinozavr kimi yöndəmsiz hərəkət etdiyindən, konsolidasiyanı yaz mövsümünə saxlayırdılar. Bu addım həm də müxalifəti pərakəndə vəziyyətdə saxladı".

Partiya sədri onu da qeyd edib ki, başqa amil potensial namizədlərlə bağlı ola bilər: 
"Onların seçki hazırlıqları plana uyğun yaz-yay mövsümünə təsadüf etdiyindən əksəriyyət hələ seçki ovqatında deyil. O səbəbdən vaxtın irəli çəkilməsi sövqi-təbii şəkildə bəzilərini çıxdaş edəcək. Bir məsələ də hakimiyyət üçün "baş ağrısı" olan siyasi məhbus məsələsidir. Novruza böyük bağışlanma aksiyası ola bilər. Seçki təqvimi elə tərtib edilib ki, həmin şəxslərdən iddialılar seçkidən kənarda qalacaq.
Bu amillər ilk ağıla gələnlərdir. Yanlış, ya düz hakimiyyət bizi yaman yerdə "yaxalayıb". Qrafikimizi imzalanmış sərəncama uyğun tərtib etməliyik. Düzdür, istisna etmirəm ki, bu gündən seçkinin boykot versiyası da ciddi müzakirə olunacaq. Heç olmasa, indi müxalifət əlaqələrini intensivləşdirməlidirlər".

AĞ Partiyanın namizədi Tural Abbaslı da saytımıza bildirib ki, bu qərarın hansı səbəbdən verilməsi ilə bağlı ehtimallar yürütməyəcək: 

"Ancaq mən deyə bilərəmki, belə bir qərar bizlərə, müxalifət partiyalarına zərbə oldu. Hər kəs iş planını oktyabra uyğun hazırlamışdı. Hələ nəzərə alsaq ki, AĞ partiya olaraq biz ən gənc partiyayıq, bu qərar bizə ikiqat zərbə oldu. Ancaq, biz AĞ Partiya olaraq və partiyanın namizədi olaraq mən Allahın izniylə sona qədər mübarizə aparacağıq. Seçki prosesinə qoşulacağıq və namizəd kimi qeydə alınmağa çalışacağıq. Bunu bacarıb bacarmayacağımızı isə zaman göstərəcək. İstənilən halda biz meydanı tərk etməyəcəyik".

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay mia.az-a deyib ki, Azərbaycanda növbəti prezident seçkilərinin vaxtının 2018-ci il oktyabr ayının 15-dən aprelin 11-nə irəli çəkilməsi barədə ölkə başçısının qərarına Konstitusiya hūquqi əsas verir: 
ilqar-altay-yeni.jpg (318×233)
"Ancaq istənilən halda, istənilən ölkədə növbədənkənar seçkilər və xūsusilə də prezident seçkisi elan edilməsi xūsusi maraq və sual doğuran bir hadisədir. Yəqin ki, belə bir xūsusi addımın öz xūsusi əsas və arqumentləri olmalıdır və bunun da izahı xalqa, ölkə və dūnya ictimaiyyətinə verilər".

AXP sədri Pənah Hüseyn aprelin 11-nə növbədənkənar prezident seçkilərinin təyin edilməsi ilə bağlı fikirlərini musavat.com-la bölüşüb.
2017-12-19-19-25-43penah-huseyn.jpg (600×400)
Onun sözlərinə görə, növbədənkənar seçkinin təyin edilməsi bu nəticəyə gəlməyə əsas verir ki, iqtidar daxilində və ictimai-siyasi vəziyyətdə durum heç də iqtidar təbliğatçılarının dediyi kimi aydın deyil. Əks təqdirdə növbəti seçkiyə bir neçə ay qalmış növbədənkənar seçkinin təyin olunmasını başqa cür izah eləmək mümkün deyil.  Pənah Hüseyn vurğuladı ki, müxalifətin növbədənkənar seçkidə iştirak etməsi və buna hazırlıq məsələsi barədə isə onu demək olar ki, onsuz da qeyri-bərabər vəziyyətdir, seçki situasiyası yoxdur.Ona görə də 7 ay sonra və yaxud 2 ay sonraya təyin olunması müxalifətin hazırlığı baxımından həlledici əhəmiyyətə malik deyil: 
"Müxalifət qarşıdakı 7 ay yarım ərzində nə edə biləcəkdisə, onu qarşıdakı iki ay ərzində edə bilər. Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır və iqtidar tərəfindən buna hansı izahatın veriləcəyidir. Baxmayaraq ki, bir neçə gün öncə YAP-ın vəzifəli şəxsləri birmənalı şəkildə YAP-ın namizədinin İlham Əliyev olacağını qeyd ediblər, amma digər iqtidar namizədinin də olacağı istisna deyil. Yəqin ki, yaxınlarda buna da aydınlıq gələcək”.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı