16-07-2019 [14:25]
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Səudiyyə Ərəbistanı Krallığının ədliyyə naziri Valid bin Mohammad Al-Samaaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mia.az Azərtac-a istinadla xəbər verir ki, Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərindən danışan Baş Nazir Novruz Məmmədov ölkələr arasında bir çox istiqamətlərdə, o cümlədən ədliyyə sahəsində yaxşı əlaqələrin olduğunu bildirib.
N.Məmmədov deyib ki, ölkələr və xalqlar arasındakı dostluq və tərəfdaşlıq münasibətləri həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər, aparılan danışıqlar sayəsində daha da möhkəmlənib: "Əminəm ki, sizin səfəriniz də ölkələrimiz arasındakı əlaqələrin daha da genişlənməsinə öz müsbət töhfəsini verəcək”.
İki ölkə arasındakı siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən N.Məmmədov cari ilin iyununda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının XIV Zirvə toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanına etdiyi səfəri xatırladıb. Baş Nazir iqtisadiyyatın müxtəlif istiqamətlərində, o cümlədən turizm, kənd təsərrüfatı sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Baş Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstəyə görə Səudiyyə Ərəbistanına minnətdarlığını ifadə edib.
Ədliyyə naziri Valid bin Mohammad Al-Samaani Səudiyyə Ərəbistanının bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb. Bu ilin əvvəlində iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandığını xatırladan nazir Valid bin Mohammad Al-Samaani iyulun 15-də isə Əməkdaşlıq Proqramının imzalandığını söyləyib. O, Azərbaycanın ədliyyə sahəsində tətbiq etdiyi informasiya resursları, o cümlədən "Elektron məhkəmə” informasiya sistemi ilə tanış olduqlarını bildirib.
Onun sözlərinə görə, ölkələr arasında məhkəmə-hüquq sistemi və qanunvericilik sahələrində əməkdaşlıq üçün yaxşı imkanlar var: "Səfərin məqsədi də müxtəlif sahələrdə əlaqələrin genişlənməsinə töhfə verməkdir”.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində