22-06-2019 [13:36]
"Neftçi”nin futbolçusu Vanqelis Platellas klubun rəsmi saytına müsahibə verib.
Bakıda keçirdiyi yarım ili və təlim-məşq toplanışını dəyərləndirən yunanıstanlı yarımmüdafiəçisi azarkeşlərin də dəstəyilə məqsədə çatacaqlarını deyib.
- Artıq yarım ildir "Neftçi”nin şərəfini qoruyursan. Təəssüratların necədir?
- İlk dəfə Azərbaycana gələndə nə ölkəni tanıyırdım, nə dostlarım var idi, nə də dili yaxşı bilirdim. Buna görə də əvvəllər bir az çətinliyim oldu, amma komanda yoldaşlarımın, klubda çalışanların sayəsində tez uyğunlaşa bildim. Artıq bir-birimizi həm meydanda, həm də meydandan kənarda çox yaxşı başa düşürük. Bu da gözəl kollektivimizin olmasından xəbər verir. Bu amillərin hamısı mənim komandaya, çempionata, ölkəyə adaptasiya olmağıma çox kömək etdi. Bura gəlməzdən əvvəl Azərbaycanı, paytaxtı bu cür təsəvvür etmirdim. Amma gəlib görəndən sonra deyə bilərəm ki, Bakı çox gözəl şəhərdir. Qonaqpərvər millətiniz var. İnsanlar çox gülərüzdülər. Hara gedirəmsə, çox xoş qarşılanıram. Bu da məni çox sevindirir. Deyərdim ki, Bakı Yunanıstanın Saloniki şəhərinə bənzəyir. Bu şəhərlərin oxşarlıqları çoxdur.
- Yeni mövsümə hazırlıq necə gedir?
- Hazırlıq keçdiyimiz baza çox yaxşıdır, hər cür şəraiti var. Oyun və məşq meydançaları yüksək səviyyədədir. Hava şəraiti də yaxşıdır. Məşqlərimiz həm yaxşı, həm də yorğunluq fonunda keçir. Təlim-məşq toplanışında olduğumuz üçün bu da normaldır. Bilməliyik ki, orqanizmimiz neçə faiz hazırdır. Hazırlığı yaxşı qiymətləndirərdim.
- İlk yoxlama oyununda qələbə qazandız...
- Toplanış çərçivəsində ilk sınaq matçımız idi. Şadam ki, qalib gəldik, amma yoxlama görüşlərində nəticə çox vacib olmamalıdır. Oyunumuzu yaxşılaşdırmalıyıq. Hər oyunda buraxdığımız səhvlərdən nəticə çıxarmalıyıq ki, gələn dəfə eyni səhvlərə yol verməyək. Yaxşı oyun oldu. Fasilədən sonra gənc futbolçulara da şans verildi. Onlar da özlərini yaxşı tərəfdən göstərdilər. Bunların hamısı sevindirici haldır.
- Qısa müddətdə azarkeşlərin sevimli futbolçularından birinə çevrildin. Onlara nə demək istərdin?
- Mənim üçün çox xoşdur ki, qısa müddətdə azarkeşlərin rəğbətini qazanmışam, onların sevimlisi olmuşam. Həm azarkeşlərin, həm də klub rəhbərliyinin, "Neftçi”də çalışanların dəstəyini hiss edirəm. Onlara təşəkkürümü bildirirəm. Bizdən çox şey gözləyirlər. Çalışacağıq, onları qələbələrlə sevindirib, etimadı doğruldaq. Qarşıdan Avropa Liqasının oyunları gəlir. Bununla belə, ölkə çempionatına da çox ciddi hazırlaşacağıq. Keçənilki səhvləri təkrarlamayıb, "Neftçi”ni layiq olduğu yerə – çempionluğa gətirməyə çalışacağıq. İstərdim ki, Avropa Liqasına qələbə ilə başlayaq. Azarkeşlərimizi bizi dəstəkləməyə çağırıram. İnanıram ki, onların da dəstəyi ilə məqsədimizə nail olacağıq./Report
"Bu evlər heç bir təbii fəlakətə dözümlü deyil” - Ekspert (VİDEO)
Türkiyədə daha bir FETÖ əməliyyatı: 30 nəfər saxlanılıb
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"