21-05-2019 [22:10]
Azərbaycan Milli Məclisinin deputatı Yevda Abramov "AzPolitika.info”-ya müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Yevda müəllim, Azərbaycanda son vaxtlar bir sıra istiqamətlər üzrə dərin islahatların aparıldığı bəyan olunur. Proses sizi qane edirmi?
– 2018-ci il prezident seçkilərində cənab Prezident xalqa söz vermişdi ki, Azərbaycan dövləti bu dəfə həm ölkənin iqtisadi, həm də siyasi təsisatlarında ciddi təkamülə səbəb olacaq islahatlar həyata keçirəcək. Hər dəfə olduğu kimi, bu dəfə də cənab Prezident verdiyi vədin üstündə durdu. Və bu islahatlar prezident seçkiləri haqqında Mərkəzi Seçki Komissiyasının qərarının mürəkkəbi qurumamış başlandı. İslahatlar bu gün də davam edir, sabah da davam edəcək. Çünki Azərbaycanın daha başqa yolu yoxdur. Azərbaycan demokratiyaya doğru irəliləyən ölkədir, qərbyönlü və dünyəvi dövlətdir. Bunlar da islahatlardan keçməlidir.
- Ancaq müxalifət düşərgəsi elan edir ki, atılan addımlar konseptual baxımdan islahat deyil, sadəcə dəyişikliklərdir…
– Bəzi insanlar deyirlər ki, bu islahatlar təsir altında baş verdi, bizim buna görə əməyimiz oldu, bizim ideya elektoratımızın mitinqlərindən sonra islahatlara başlandı və s. Amma iş ondadır ki, cənab Prezident islahatlara mitinqlərdən əvvəl başlamışdı. Mitinqlər isə sonra oldu. Aydındır ki, indi Azərbaycan xalqı əvvəlki xalq deyil və cənab Prezident də hər zaman elan edib ki, xalqın dəstəyinə arxalanır, xarici siyasətdə, daxili siyasətdə addımlar atılan zaman ancaq xalqa güvənir. Həqiqətən də xalqla Prezident arasında vəhdət var və aparılan islahatlar da bir növ bunun nümunəsidir.
Əlavə edim ki, 2019-cu ildə islahatların ümumi tutum həcmi baxımından ən çox pay sosial sahəni əhatə edib. Amma buna baxmayaraq, ölkənin siyasi təsisatlarında, məhkəmə-hüquq sahəsində böyük islahatlar gözlənilir və artıq başlanılıb. Yəni rıçaqlar çoxdan hərəkətə gətirilib, sadəcə olaraq indi real işə keçilir. Bu yaxınlarda xalqımız və cəmiyyət bu islahatların bəhrəsini görəcək. Bizim bu günə qədər olan məhkəmə sistemimiz Roma, German, İngilis məhkəmə sistemlərinə uyğun idi. İndi Avropa və Amerikanın, eləcədə digər dövlətlərin məhkəmə-hüquq sahəsində olan ən gözəl mütərəqqi elementlər, dəyərlər gətirilir. Xalq üçün, jurnalistlər üçün, cinayətkar olan və olmayanların yaxınları üçün məhkəmələr açıqdır. Yəni məhkəmə prosesləri işıqlandırılacaq, hətta prosesin videogörüntüsünü tələb etmək mümkün olacaq. Bu da demokratiyanın, şəffaflığın, hadisələrə dövlət tərəfindən nəzarətin edilməsinin sübutudur. Biz bunu görəcəyik. Hesab edirəm ki, bunun nəticəsində qüsurlu hallar tamamilə aradan qalxacaq.
Əlavə edim ki, Azərbaycanda tibb sahəsində də böyük islahatlara gedilir. Əslində, bu islahatlar çoxdan başlayıb, lakin biz istəmədik ki, bir sıra ölkələrin buraxdığı səhvləri təkrar buraxaq. Həmin ölkələrin təcrübələrini öyrəndik, daha sonra Azərbaycanın bəzi rayonlarında icbari tibbi sığortanı sınaqdan keçirdik. 2020-ci il yanvarın 1-dən Azərbaycan dövləti tibbi sığorta sisteminə keçid edəcək və vətəndaşlar bundan yararlanacaq.
2020-ci ildən tibbi sığorta sistemi tətbiq ediləcək. Ancaq bu o demək deyil ki, indiyə qədər insanlara tibbin yolu bağlı olub. Prezidentin təkidi ilə bu il 600 min vətəndaş məcburi müayinədən keçəcək. Xüsusilə köçkünlər, qaçqınlar. Qeyd edim ki, xüsusi statusu olanlar, əlil qrupuna məxsus şəxslər Prezidentin sərəncamı olmadan belə mütəmadi pulsuz müayinələrdən keçirlər.
- Sizcə Azərbaycanda tibb inkişaf edibmi?
– Mən 1,5 ildən çoxdur ki, həm Azərbaycan tibb sisteminə yaxından bələd olmuşam, həm də dünya tibbi ilə tanışam. Bizim böyük uğurlarımız var. İnanın ki, çox tərif etdiyimiz sovet dönəmindəki həkimlərimizdən də güclü həkim mütəxəssislərimiz var.
- Lakin Siz də daxil olmaqla, "Azərbaycanda tibb, səhiyyə inkişaf edib” deyənlərin əksəriyyəti müalicə və müayinə üçün xaricə gedir. Belə çıxır ki, bizim inkişaf etmiş tibbimiz ancaq az təminatlı kateqoriyaya xidmət məqsədi daşıyır?…
– Sizin fikrinizdə müəyyən qədər həqiqət var. Amma tibbin elə sahələr var ki, Azərbaycanda bu istiqamətdə yeniliklər azdır. Yenilik nəzəri cəhətdən varsa da, praktiki baxımdan dünyada istifadə edilən bir sıra texniki vasitələrdən Azərbaycanda olan kadrlar hələ istifadə edə bilmirlər. Odur ki, bir sıra insanlar xaricə gedirlər. Onların xaricə getməsinə Səhiyyə Nazirliyi tərəfdən də maneə olmur. Əksinə, dəstək verirlər. Çünki bilinir ki, tibbin bu sahəsi üzrə Azərbaycan yeni-yeni addımlar atır. Ancaq bu o demək deyil ki, son həddir. Əksinə, biz texnika, müasir avadanlıqları ölkəmizə gətirmişik. Bu gün Azərbaycanda nüvə mərkəzi deyilən mərkəz var. Respublika Tibbi Onkologiya Mərkəzinə tabedir. Şəxsən mən bu mərkəzdən istifadə edirəm. Orada olan texnikanın çəkdiyi fotoları Almaniya, İsrail və Amerikanın mütəxəssisləri bəyəniblər. Hətta belə texnikanın gənc bir ölkəyə necə gəlib çatmasına təəccüb etdilər. Mütəxəssislər artıq peşəkarlaşır.
- Belə iddialar var ki, hakimiyyətdə kimlərsə Prezidentin apardığı islahatlara maneə olur. Siz belə mövqelərlə rastlaşırsınızmı?
– Bu kütləvi hal deyil və ola da bilməz. Cənab Prezident hansı rayona gedirsə, xalq onu alqışlarla qarşılayır, dəstəkləyir, apardığı uğurlu islahatlarda ona uğurlar diləyir. Ümumiyyətlə isə, mütərəqqi olan nə varsa, cəmiyyətə çox çətinliklə daxil olur, amma olur. Görürsünüzmü, küçəyə asfalt tökülür, amma hansısa bitki asfaltı yarıb çıxır. Niyə? Çünki onun üçün münbit şərait var. Əgər islahata cəmiyyət aşağıdan və yuxarıdan hazırdırsa və ölkədə münbit şərait varsa, bu islahat gedəcək. Onun qarşısını heç kəs ala bilməz. Sadəcə ürəkbulandırıcı hərəkətlər edə, məqalələr yaza bilərlər. Mitinqlərdə insanları çaş-baş sala bilərlər.
- Müxalifətin mövqeyi bəllidir, mən vəzifədə olan məmurları nəzərdə tuturam…
– Bəzən islahatlar kimlərinsə iqtisadi maraqlarına toxuna bilir. Mümkündür ki, islahat 3-4 kiçik müəssisəni təmərküzləşdirib sindikata çevirə bilər. Təbii ki, bu halda kiçik müəssisələrin rəhbərləri islahatların tez başa gəlməsini istəməyəcək. Amma bütövlükdə dövlət siyasətində elə qüvvə yoxdur ki, cənab Prezidentin həyata keçirdiyi islahatlara qarşı çıxsın.
- Bəs qonşu ölkələr, Azərbaycanın güclənməsini istəməyən xarici qüvvələr?…
– Ümumiyyətlə, müasir dünyada təcrid edilən hər hansı bir dövlət yoxdur. Əgər ölkədə gedən islahat qonşu ölkəni qıcıqlandırırsa, buna haradasa inanmaq mümkündür. Amma biz müstəqil xarici və daxili siyasət yeridir, qonşuların sifarişi ilə dövləti idarə etmirik. Xarici siyasət kursumuzu müəyyən edirik, lazım gəlsə müəyyən korrektələrə də gedə bilərik. Əgər söhbət Azərbaycan xalqının mənafeyindən və dövlətin maraqarından gedirsə. Amma kiminsə bizdən acığı gəlir, bizi sevmir deyə siyasətimiz heç zaman dəyişməz. Odur ki, Prezidentin başladığı islahatlar davam edəcək.
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Ekspert AHİK rəhbərliyini necə çətin vəziyyətə salıb? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)
Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO
DAHA BİR GENERALA YÜKSƏK VƏZİFƏ VERİLDİ
"TikTok"un vəzifəli şəxsləri gizli qoruma oyunu - Amerikada Tramp qorunur, bizdə isə Prezidenti təhqirə geniş yer açılır
Məktəb direktorunun şagirdi vurması iddiası araşdırılır
Sabah hava necə olacaq? - Proqnoz
AFFA klubları cəzalandırdı
Rusiyada bakalavriat və magistratura ləğv edilir
"Changan"dan şikayətlər artır - Bəs ekspert nə deyir?
Deputat yenə cəza və cərimə tələb edən nazir müavininə qəzəbləndi: "İnsanlar boğaza yığılıblar"
Ordu və polis müvəqqəti prezidenti "Sədaqət andı" içdi - "Komandir əsası" təqdim olundu
"Balkonlardan tullanmayın" - Qapçının qolu ilə pley-offa yüksələn "Benfika"nın Baş məşqçisi kimə replika atdı?
Türklər parçalananda Rusiya böyüyür, birləşəndə kiçilir - Bu, tarix boyu təkrarlanan geosiyasi qanundur (Təhlil)
"Qardaşım vəfat etməyib" - Əhəd Abıyev