06-05-2019 [22:41]
Bu gün partiya başqanı Fazil Mustafanın sədrliyi ilə BQP Siyasi Qurulunun növbəti iclası keçirilib.
Partiyadan Mia.az-a verilən məlumaat görə, iclasda bir sıra məsələlər müzakirə olunub, partiya başqanının ictimai-siyasi vəziyyət haqqında məruzəsi dinlənilib.
İclasda Ramazan ayının-mərhəmət və bağışlanmaq, mənəvi paklanma və bərəkət ayının gəlişi münasibətilə xalqımıza təbrik ünvanlanıb, müqəddəs ayın bütövlükdə millətimizin və ayrılqda və hər bir ailənin dualarının və ibadətlərinin qəbul olunması arzulanıb.
Siyasi Qurulda partiya Başaqnı, Milli Məclisin deputatı Fazil Mustafanın qaz və elektrik enerjisinin sərfinə görə limitlərin artırılması və ilkin mərhələdə 6 yaşadək uşaqlara müavinətin verilməsi və digər müraciətləri ilə bağlı təkliflərini əhalinin, xüsusilə də onun aztəminatlı təbəqəsinin xərclərinin azaldılmasına yönəlik təşəbbüslər kimi yüksək qiymətləndirilib və bu istiqamətdə fəaliyyətində ona uğurlar arzu edilib.
İclas BQP Xətai rayon təşkilatında təşkilati məsələnin həllini nəzərdə tutan növbədənkənar konfransın çağırılması ilə bağlı Təşkilat Komitəsinin təklifi əsasında may ayının üçüncü ongünlüyündə növbədənkənar konfransın çağırılması haqqında qərar qıbul edib.
Siyasi Qurulda "Keşikçidağ” tarixi-mədəniyyət abidəsi ilə bağlı rəsmi Tiflisin iddialarına kəskin etiraz ifadə edilib: "İqtisadiyyatı Azərbaycanın hesabına ayaq üstə dayanan ölkənin- Gürcüstanın üzərindən Azərbaycana qarşı başladılan yeni bir təzyiq və təxribat dalğası qarşısında hər hansı güzəştdən söhbət getməməlidir. Azərbaycanla dostluğun pozula biləcəyinin ağır nəticələri onlara yaxşıca anladılmalı və xoş məramımız başa düşülmədiyi təqdirdə Azərbaycana torpaq iddiası ilə çıxış edən hər bir dövlətə iddia etdiyi ərazi qədər də onlara qarşı iddialardan çəkinilməməlidir”.
İclasda II Dünya Müharibəsində faşizmə qarşı mübarizədə həlak olanları yad edilməsi ilə bağlı bir çox ölkələrdə 9 may tarixində keçirilən "Ölməz alay” yürüşünü ermənilərin Azərbaycana qarşı düşmənçilik simvoluna çevirməyə hazırlaşmasına diqqət çəkilib: "Ermənistanın bir çox şəhərlərində və Azərbaycanın işğal altındakı Xankəndi şəhərində 9 mayda insanların I Qarabağ müharibəsi və "aprel müharibəsi”nin "qəhrəmanlarının” şəkilləri ilə yürüşə çıxacaqları haqda məlumatlar gəlir. Bu addımla ermənilər II Dünya Müharibəsində Qələbə Bayramını siyasiləşdirmək və bundan siyasi kapital qazanmaqla işğal faktını legitimləşdirmək niyyətində olduqlarını göstərirlər. Bunlar ermənilərin məkrli düşmənçilik siyasətindən heç vaxt əl çəkməyəcəklərini saysız-hesabsız sübutlarından növbətisidir. Bu kimi faktlar davamlı erməni düşmənçiliyinə qarşı bizim də sistemli, ardıcıl və fasiləsiz siyasət yürütməyimizin və daim ayıq olmağımızın zərurulıyini göstərir. Xalqlar arasında sülhün yaradılmasında israrçı olan bynəlxalq təşkilatların qarşısında bu məsələ ciddiyyəti ilə qaldırılmalı və Ermənistanın bu davranışına qarşı adekvat addımlar atılmalıdır”.
Siyasi Qurul bu yaxınlarda Çinin paytaxtı Pekin şəhərində keçirilən "bir kəmər, bir yol" təşəbbüsünə həsr edilmiş ikinci beynəlxalq forumda Azərbaycanının iştirakını əhəmiyətli addım kimi qiymətləndirib: "İnkişaf üçün yeni mənbələrin araşdırılması, daha çox ölkələrlə tərəfdaşlığın qurulması, nəqliyyat və logistika infrastrukturunu inkişaf etdirilməsi və vacib tranzit ölkəyə çevrilməsi üçün bu tədbirdə Azərbaycanın rəhbərlik səviyyəsində təmsilçil olunması əhəmiyyətli hesab olunmalıdır. Heç şübhəsiz ki, düşmən ölkənin KİV-ləri Ermənistanın bu tədbirdə zəif iştirakını onun Azərbaycana uduzması kimi dəyərləndirib”.
Sonda cari məsələlər müzakirə olunub və Fazil bəy iştirakçıların suallarını cavablandırıb.
"Rabitəbank”ın sabiq sədr müavini 735 min dollara mənzil alıb - Evin daxilindən FOTOLAR
Braziliyada güclü sel: ölənlərin sayı 29-a yüksəlib, 60-dan çox insan isə itkin düşüb
"Bu evlər heç bir təbii fəlakətə dözümlü deyil” - Ekspert (VİDEO)
Türkiyədə daha bir FETÖ əməliyyatı: 30 nəfər saxlanılıb
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb