02-05-2019 [20:54]
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Universitetin üzvi kimya kafedrasının müdiri, akademik Abel Məhərrəmov "Demokrat.az” xəbər portalına müsahibə verib.
Mia.az həmin müsahibəni qısa ixtisarla təqdim edir:
- Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad ediləndən sonra mətbuatda sizin haqqınızda müxtəlif xəbərlər yazıldı. Hətta, bu addımı sizin "vurulmağınız” kimi təqdim edənlər də oldu. Barənizdə yazılan bu cür xəbərlərə münasibətiniz necədir?
– Bilirsiniz, mən ötən dəfə də müsahibəmdə bildirdim ki, cənab Prezidentin sərəncamı müzakirə olunmur, icra olunur. Mən 20 ilə yaxın Bakı Dövlət Universitetinin rektoru olmuşam. Mənim sərəncamımı da 1999-cu ilin yanvar ayında Ümummilli liderimiz Heydər Əliyev vermişdi. Mən orta və ali məktəbi medallarla, əla qiymətlərlə bitirmişəm, Moskva Dövlət Universitetinin yetirməsiyəm, oradakı elmi mühiti görmüşəm. Ulu öndər Heydər Əliyevin və cənab Prezidentin vasitəsilə Akademiyanın müxbir və həqiq üzvləri olmuşam, "Azərbaycan Respublikasının əməkdar elm xadimi” və "Şöhrət” ordeni fəxri adlarına layiq görülmüşəm. Bir neçə ölkənin mükafatlarına da layiq olmuşam. Üç il bundan əvvəl isə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilmişəm. Yəni, mənim bütün uğurlarım Ulu öndər Heydər Əliyevin və cənab Prezidentin adı ilə bağlıdır. Əlbəttə ki, mənə bu qədər uğur gətirən ölkə rəhbərlərindən hər zaman razıyam.
Ancaq təbii ki, bir vəzifədə 20 il işləyəndə bundan razı və narazı qalanlar da olur. Hətta, bəziləri bundan fürsət axtarır ki, adamı nüfuzdan salsın. Mən insanlara dəyər vermək istəmirəm. Yalnız öz dəyərimi qorumağa çalışıram. Haqqımda deyilən bu cür yalan və cəfəngiyyatlara fikir vermək istəmirəm.
O adamlar oxusalar görərlər ki, Prezidentin sərəncamında nəyə görə vəzifədən çıxmağım yazılmır. Prezidentin sərəncamında yazılır ki, Abel Məhərrəmov tutduğu vəzifədən azad edilir. Burada da heç bir səbəb göstərilmir. Əgər cənab Prezident heç bir səbəb göstərmirsə, təbii ki, bundan sui-istifadə edənlər mənə qarşı qara və ləkə yaxmaqla məşğul olacaqlar. Bunun öz səbəbləri var. Çünki onlar heç zaman mən qalxdığım zirvələrə qalxa bilməyiblər.
Mən arzu edirəm ki, onlar da bu zirvəyə qalxsınlar və sonra bilsinlər ki, insan əlinin qabarı, beyninin zəhməti, yuxusuz gecələri hesabına bu zirvələrə qalxan adama ləkə atmaq insanlığa sığmayan hərəkətlərdir. Onlar mənə və övladıma qarşı ləkə atırdılar.
Mən öz zəhmətimlə sadə ailədən çıxmışam. Mən orta məktəbi medalla, ali məktəbi isə fərqlənmə ilə bitirmişəm. Moskva Dövlət Universitetində oxumuşam, çoxları aspiranturanı 3 ilə müdafiə etdiyi halda mən 2 il 5 aya başa vurmuşam, doktorluğumu cavan vaxtımda etmişəm, cavan yaşlarımda Akademiyanın müxbir və həqiq üzvü olmuşam. Yəni, elm adamlarına ləkə atan zaman bir qədər düşünmək lazımdır.
- Sizinlə Şeyxülislam Hacı Allahşükür Paşazadənin adının bir yerdə hallandırılmasından sonra aranızda hər hansı söhbət olubmu?
– Bilirsiniz, bəzən cəmiyyətdə belə hallar olur. Kimlərsə məqamdan sui-istifadə etməyə çalışır. Onlar boşboğaz adamlardır. Onların peşəsi təmiz adamlara qara yaxmaqdır. Bu cür adamlar bütün dövlətlərdə olur. Qarayaxan adam heç zaman özündən zəif adama ləkə atmağa çalışmaz. Onlar elə adamlara qara yaxırlar ki, bundan sensasiya yaransın və sairə. Ancaq bunlara əhəmiyyət vermirəm. Bunlar mənim üçün gözgötürməmək və mənasız söhbətlərdir. Bir daha deyirəm ki, elm adamlarını qorumaq lazımdır. Çünki 1 akademik nə qədər sürətli inkişaf etsə də, 50 yaşa gecə-gündüz işləsə, gəlib çata bilir. Ona görə də bir akademikin başına qara daş ataraq, onu ləkələmək, həmin şəxsin milli yetkinliyinin olmamasından irəli gəlir. Belə insanlar cəmiyyətdə gələcəkdə də olacaq. Biz onlardan özümüzü qorumalıyıq.
- Dediyiniz qarayaxma kampaniyası zamanı təmsil olunduğunuz Yeni Azərbaycan Partiyasından sizə hər hansı dəstək verildimi?
– Hesab edirəm ki, mənim müdafiəmə heç bir ehtiyac yoxdur. Çünki mən səhv iş görməmişəm ki, məni müdafiə etsinlər. Yaxud da ölkə rəhbəri mənimlə bağlı qeyri-adi addım atmayıb ki, məni müdafiə etsinlər.
Bilirsiniz, biz bundan sonra elə yazılar yazmalıyıq ki, millətimizin yetkinliyi möhkəmlənsin. Nəticədə qara yaxmaq və məqamdan sui-istifadə etmək istəyənlərin sayı azalsın. Burada kütləvi informasiya vasitələrinin vəzifəsi ondan ibarətdir ki, ilk növbədə milli təəssübkeşliyi və milli düşüncəni qlobal müstəviyə çıxara bilsinlər, ağa qara, qaraya da ağ deməsinlər. Ən əsası elm adamlarını ləkələməsinlər. Elm adamını ləkələyəndən sonra onun müdafiəsinə də ehtiyac yoxdur. Çünki ölkə Prezidentinin mənimlə bağlı sərəncamında ləkələnəsi nə isə yoxdur. Bunu ləkələyənlər ətrafda uzun müddət pusquda duranlar və öz yazıları ilə sensasiya yaratmaq istəyən adamlar olub. Bəlkə də hələ bundan sonra da eyni arzuda olacaqlar. Hesab edirəm ki, qarayaxanlara Azərbaycan cəmiyyətində yer olmamalıdır.
- Sizə qarşı qarayaxma aparanların hakimiyyətdə təmsil olunan şəxslərdən olduğunu düşünürsünüz?
– Mən bunu analiz etməmişəm. Ancaq bizim cəmiyyət elədir ki, dəstək olmasa, geri çəkilirlər, dəstək olanda isə qabağa gedirlər. Yəni, kimsə kiminsə idarəsində işləyirsə, ola bilər ki, ona arxayın olub edib. Yenə deyirəm ki, mənim ölkə rəhbərindən heç bir narazılığım yoxdur. Əksinə, mən onun yürütdüyü siyasəti səmimi şəkildə dəstəkləyirəm. Biz çox şadıq ki, bu gün ölkəmizi İlham Əliyev kimi təcrübəli və güclü Prezident idarə edir. Bu gün Azərbaycanda xalqla Prezidentin birliyi çox uğurla fəaliyyət göstərir. Əminəm ki, bu siyasətlə Azərbaycanı işıqlı gələcəyə aparacağıq.
- Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayevlə münasibətləriniz necədir?
– Vallah, yeni rektorla çox gözəl münasibətimiz var. Onun rəhmətlik atasını da, özünü də, böyük qardaşını da tanıyıram. Münasibətlərimiz hər zaman yüksək səviyyədə olub. Ancaq mən indi daha rekyor deyiləm, onun işinə qarışa bilmərəm. Hazırda mən kafedra müdiriyəm və uzun illər də kafedra müdiri olmuşam. Bakı Dövlət Universitetinin üzvi kimya kafedrasına rəhbərlik edirəm. Uzun illər burada dekan da olmuşam. Yəni, haradan getmişəmsə, ora da qayıtmışam. Ancaq onu biləsiniz ki, bizim kafedra ən böyük kafedralardan biridir. Mənim rəhbərliyimlə 70-dən çox alim müdafiə edib. Onun 20-dən çoxu elmlər doktoru, 50-si isə elmlər namizədi olub. Mən bu kollektivlə yenə bir yerdə işləyirəm. Onların bəziləri bu gün Yaponiyada, Portuqaliyada, İspaniyada, ABŞ-da, Rusiyada işləyirlər. Mən onlarla fəxr edirəm. Əvvəlkindən indi boş vaxtım çoxdur. Çalışacam ki, bu alimlərin sayı qısa müddətdə 100-ə çatsın. Mən ilk növbədə elm adamıyam. Ona görə də bu elmə hörmət və diqqətlə yanaşıram.
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
HƏBS TƏHLÜKƏSİNDƏ OLAN ŞƏXSƏ AHİK-in QAPIS NECƏ AÇILDI? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)
Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO
DAHA BİR GENERALA YÜKSƏK VƏZİFƏ VERİLDİ
"TikTok"un vəzifəli şəxsləri gizli qoruma oyunu - Amerikada Tramp qorunur, bizdə isə Prezidenti təhqirə geniş yer açılır
Məktəb direktorunun şagirdi vurması iddiası araşdırılır
Sabah hava necə olacaq? - Proqnoz