16-11-2018 [12:43]
İqtisadiyyatçı ekspert Natiq Cəfərli Məcəllədə nəzərdə tutan dəyişiklikləri "Qafqazinfo”ya şərh edən zaman bildirib ki, bunu kifayət qədər inqilabi dəyişiklik adlandırmaq olar:
"Ölkəmizdə əmək müqaviləsi ilə çalışan 1 milyard 600 minə yaxın insan var. Onların təqribən 650 minə yaxını məhz qeyri-neft sektorunda, yəni özəl sektorda çalışır. Əvvəllər həmin şəxslər ortalama 14% gəlir vergisi ödəyirdi. Yeni dəyişikliklərə əsasən 8 min manatadək maaş alanlar üçün həmin gəlir vergisi sıfırlanacaq. Əməkhaqqı 8 000 manatdan yuxarı olan məbləğə gəldikdə isə fiziki şəxslərin gəlir vergisinin 14% həcmində olması nəzərdə tutulub. Ölkəmizdə də 8 min manatdan yuxarı maaş alan çox cüzi bir kəsim var. Ona görə deyə bilərik ki, dəyişiklik böyük bir kütləyə şamil ediləcək”.
İqtisadçının sözlərinə görə, güzəşt vergisinin ləğv olunmasının yeganə əvəzi kimi vətəndaşlara sosial müdafiə fonduna olan ödənişlərin artırılması nəzərdə tutulub:
"Əvvəllər maaşın 3 faizi Sosial Müdafiə Fonduna köçürülürdü. Dəyişikliklərə əsasən isə 200 manatdan yuxarı maaş alanlar 6 manat üstəgəl maaşlarının 200 manatdan yuxarı olan hissəsinin 10 faizini Fonda ödəniləcək. Gəlir vergisinin ləğv olunması insanların maaşlarında müəyyən artıma səbəb olacaqdısa, Fonda olan ödənişlərin artımı bunu kompensasiya edəcək. Yəni dəyişiklik tamamilə vergilərdən azad olunmaq demək deyil.
Natiq Cəfərli
Daha aydın olması üçün bir misal da çəkək.
Azərbaycanda ortalama maaş 560 manata yaxındır. Bu rəqəmi 500 manat götürək. 500 manat maaş alan işçi gəlir vergisindən tamamilə azad olunacaq. Amma 200 manata görə Sosial Müdafiə Fonduna ödədiyi 6 manat + 300 manatın 10%-i 30 manat, toplamda 36 manat Fonda pul ödəyəcək. Ancaq yenə də, güzəştli vergilərin ləğvi, insanların cibində bir qədər artıq pul qalmasına səbəb olacaq”.
N. Cəfərli son olaraq onu da qeyd edib ki, Fonda ödənişlərin artımın əsas səbəbi də gələn il bu qurumun tamamilə dövlət büdcəsindən ayrılmasının nəzərdə tutulmasıdır:
"Bu, 2012-ci ildə baş verməli idi, ancaq maaşların rəsmiləşdirilməsi prosesində problemlər yaşandığı üçün baş verməmişdi. Fonda dövlət büdcəsindən ayrılan vəsaitlər azaldılacaq, əvəzində vətəndaşlardan tutulan vəsaitlər artırılacaq.
Güzəştli vergilərin ləğvinin təbii ki, büdcəyə təsiri olacaq. Ancaq ciddi bir dəyişikliyin olması gözlənilmir. Dövlət büdcəsinə təqribən 150 milyon manat az vergilər şəklində vəsait daxil olacaq. Ancaq Fonda 70-80 milyon əlavə vəsaitin daxil olması gözlənilir. Bu da, az da olsa ödənişləri kompensasiya edəcək”.
Qeyd edək ki, işçinin aldığı əmək haqqı 200 manatdan çox olarsa, o zaman işçi 6 manat + 200 manatdan artıq məbləğin 10%-i miqdarında sosial sığorta haqqı ödəyəcək. Bu halda işəgötürən 44 manat + 200 manatdan artıq məbləğin 15%-i miqdarında sığorta haqqı ödəyəcək.
General Kərəm Mustafayeva İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə
İlham Əliyev Polşa prezidentinə məktub göndərib - MƏTN
Növbədənkənar parlament seçkisi: nə vaxt olacaq? - Açıqlamalar
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub
"GƏNCƏDƏ SAQQALLILAR və ÇAYQIRIQLILAR DEYİLƏN DƏSTƏLƏR VAR" - "...tüfəngi götürüb özünü güllələyəndən sonra qaçıb gediblər” (VİDEO)
Keniyada daşqın: 188 nəfər ölüb, 90 nəfər yoxa çıxıb
İçərişəhərə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - Müzakirə + FOTO
Sertifikasiya imtahanları haqda - Açıqlama
Vəzifəli şəxslərə cinayət işi açıldı - Rəsmi məlumat (TƏFƏRRÜAT)
Sabiq nazir xaricdəki bahalı mənzillərindən və YAP-a üzv olmamasından danışdı: "Mənə qarşı kampaniyanın arxasında kimin durduğunu bilirəm..."
"Rabitəbank”ın sabiq sədr müavini 735 min dollara mənzil alıb - Evin daxilindən FOTOLAR
Braziliyada güclü sel: ölənlərin sayı 29-a yüksəlib, 60-dan çox insan isə itkin düşüb
"Bu evlər heç bir təbii fəlakətə dözümlü deyil” - Ekspert (VİDEO)
Türkiyədə daha bir FETÖ əməliyyatı: 30 nəfər saxlanılıb
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə