Trampın Ərdoğandan israrla xahiş etdiyi rahib buraxıldı: "Ancaq o, ölkədən çıxa bilməyəcək, izlənəcək"

img

25-07-2018 [18:17]


ABŞ prezidenti Donald Trampın Türkiyə prezidenti Ərdoğandan israrla azadlığını istədiyi amerikalı rahin Andre Brunson bu gün ev dustaqlığına buraxılıb.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı bu gün məhkəmə qərar verib: "Qərara əsasən, Brunson həbsdən buraxılsa da, o, polis nəzarətində olacaq. Bundan başqa onun xaricə çıxışına da qadağa qoyulub. Onun ev dustaqlığı çərçivəsində hərəkətləri elektronik cihazla izlənəcək".

Xatırladaq ki, 2017-ci ildə ABŞ-da Ərdoğanla görüşən Tramp 20 dəqiqə ərzində düz 3 dəfə Brunsonun azadlığa buraxılmasını və Amerikaya göndərilməsini xahiş etmişdi. Lakin Ərdoğan İzmirdə FETÖ və PKK-ya yardım ittihamı  ilə həbs edilmiş amerikalı dindar Andre Brunsonun azad olunması xahişini rədd etmişdi

Onu da xatırladaq ki, İzmir Diriliş Kilisəsinin rəhbəri Andre Brunson həyat yoldaşı ilə birlikdə "milli təhlükəsizliyə təhdid" ittihamı ilə 2016-cı ilin oktyabr ayının 7-də həbs edilib. Lakin sonradan onun həyat yoldaşı azadlığa buraxılıb. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA