"ABŞ sanksiyalarla Türkiyəni geri çəkdirə bilməz, tam əksinə..." - Ərdoğandan Trampa çox açıq xəbərdarlıq

img

29-07-2018 [14:06]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a çox açıq mesajlar göndərib.

Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki,  Ərdoğan ev dustaqlığına buraxılmış amerikalı rahib Bransonun tam azad edilməsi ilə bağlı ABŞ-ın tələblərinə rədd cavabı verib.

O, bildirib ki, ABŞ Türkiyəyə qarşı psixoloji savaş aparır: "Amma ABŞ sanksiyalarla Türkiyəni geri çəkdirə bilməz. Tam əksinə, Türkiyə kimi çox səmimi bir müttəfiqini itirə bilər".

Ərdoğan bildirib ki, Bransonun FETÖ lideri Fətullah Gülənlə dəyişdirilməsi də heç vaxt müzakirə mövzuları olmayıb: "Yenə deyirəm, Türkiyənin ABŞ-la münasibətlərində problem yoxdur. ABŞ-ın varsa, bu, artıq bizlik deyil, Trampın həll edəcəyi problemdir".

Qeyd edək ki, Tramp və ABŞ-ın vitse-prezidenti Brunsonun tam azadlığa buraxlmasını tələb edirlər. Əks halda onlar Türkiyəyə qarşı sanksiyalar tətbiq ediləcəyini bildiriblər.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA