28-02-2018 [13:16]
Yazıçı-jurnalist Elmar Hüseynovun "Katarsis" adlı şeirlər kitabı çapdan çıxıb.
Mia.az Manera.az-a istinadən xəbər verir ki, kitabda müəllifin 70--dən çox şeiri yer alıb.
Kitabın redaktoru Səbuhi Şahmursoy, ön sözünün müəllifi Səlim Babullaoğludur.
Qeyd edək ki, kitab 3 Mart 2018-ci ildə "Akademkitab" kitab evində oxuculara təqdim olunacaq.
İmza mərasimi saat 15:00-dan 17:00-a qədər davam edəcək.
Bütün kitabsevərlər dəvətlidir.
Sonda kitab haqda yazılmış ön sözü təqdim edirik:
Elmar Hüseynovun "Katarsis" kitabı üçün "ön söz” əvəzi
Görkəmli italyan şairi Aldo Palazzeschinin "Ana” adlı şeiri belə başlayır: " – Ana, oğlun sənə yalan danışıb./ – O yenə mənim oğlumdur”. Şeirin sonrasında oğulun "pis adam” , "oğru”, "qatil”, "dəli” olduğu anaya deyilirsə və hətta axırda " – Ana, sənin oğlun ölüb” bildirilirsə də ananın hər dəfə səsləndirdiyi " – O yenə mənim oğlumdur " reaksiyası dəyişmir, sonuncu dəyişmzlik isə artıq anaya, ana obrazına ucaldılmış monumental abidə kimi görünərək tamam başqa cür oxunur.
Palazzeschi Elmarın şeiri ilə tanış ola bilməzdi, təxmin edirəm ki, Elmar da cənab Aldonun şeirini oxumayıb. Amma çox yaxşıdır ki, hər iki şair öz ömür kitablarının ana ilə bağlı məqamını eyni cürə düzgün oxuyublar.
Elmar yazır: "Qürbətdə ölsəm, / Hamı ağlar, / Bircə anamdan başqa – / Onun gözü yol çəkər.../ Bir gün dönəcəyimə/ Əminliklə inanar.”
Başqa bir şeirinə diqqət yetirin Elmarın: "Yatmış adam,/ Ölmüş adam…/ Sazsız adam,/ Sözsüz adam.../ Adam-adam –/ Yaxın adam, / Uzaq adam… / Ruh adamı...” Adam sözünün qabağındakı təyinatlara baxın. Və nəticə: "Ruh adamı”. Bu şeiri, sözlərin belə poetik sırasını təsadüfən yazmaq olmaz. Bunun üçün sözlərin vərdiş etdiyimiz ənənəvi mənalarını bilmək azdır, çalarları bilmək lazımdır, hətta bu da azdır, hiss etmək gərəkdir. Bir çox şeirlərində Elmar bunu bacarır.
"O can necə verildi, / O canı evə qaytar. / O ruh qanadlı quşdu, / Onu göylərə qaytar.” Elmar bəzi, elə indi sitat elədiyim şeiri kimi bir çox irfani mətləbli şeirləri ilə məni təəccübləndirir. Hər şey doğrudur. Ruh əmanətdir və sahibinə qayıtmalıdır. Və biz bunu könüllü etməliyik. Sağ ikən, diri ikən. Zətən sonra onsuz da ruh gəldiyi yerə qayıdır. Mətləbdən xəbərdarlığının gözəlliyi öz yerində, Elmar bunu çox rahat ifadə edir; yeri gəlmişkən, onun "Üz tutmuşam dərgaha”, "Ruhani” və b. şeirləri də oxşar məqam və mətləblərdən müəllifinin hali olduğunu söyləyir.
O yazır: "Mən sevgiyəm: / Allaham – sevənlərə, / Dinəm – inananlara, / Ateizməm – elm axtaranlara,/ Kapitalizməm – varlılara, / Sosializməm – əliqabarlılara, / Kommunizməm – ideyalara! / Nəhayətində, mən sevgiyəm!..” Burda Elmar bütün Azərbaycan şairlərinin irfan müəllimi olan Seyyid Nəsimi qədər dərinə can atır, həqiqətlə küfr görünəcək daha bir yüksək mətləbin ülgüc kimi iti sərhəddində ayaqyalın yeriyir, əlbəttə bir az sadəlöhvcəsinə Mən ümid edirəm, o nə etiyini hamıdan yaxşı bilir və hansı dərinliyə baş vurduğunun fərqindədir.
Yeri gəlmişkən, Elmar bunu da yazır: " Mən həmişə dərinlərə getməkdən / qorxmuşam, bala. / Dərinlər öldürmür, / itirir, bala./ Günün günorta çağı,/ Yolun ortasında, / Camaatın arasında / İtmək qorxuludur, bala.”
Müəllimlərini şeirə çevrilmiş sadə, saf nitqlə xatırlayır Elmar: " Onlar sevməyi öyrədərdi bizlərə, / Az maaşla həyat dolu yaşamağı, / Vicdanla, şərəflə həyatı qazanmağı...”
Saflıq haqqında da yazır Elmar: " Körpə uşaq kimidir saf adamlar… / Bu dünyanı, / İnsanları, / Təbiəti, / heyvanları, / Yox, yox, bütün kainatı / Doya-doya sevməyi bacarırlar.”
Elmarın yaşantıları, müşahidələri dəqiqdir : " Hər Yeni il gecəsi/ İçimdə bir sıxıntı olur/ Və hər Yeni il gecəsi / Özüm-özümlə üz-üzə qalıram. / Bir az daha tənhalaşıram, / Bir az daha yalqızlaşıram...” Özü də təkcə ilsonu ilə bağlı yox. O çox dəqiq ifadə edir ötəri dünyamızda bizim aqibətimizi: " Bu dünyada ən çox sevdiyin adamlar üçün, / Kiçik bir xatirədən başqa bir şey deyilsən...”
Olduqca qərib (ə) bir şeiri də var Elmarın: " Bir şeir qədər də sevilmədik... / Bir şeir qədər də yadda qalmadıq… / Bir şeir qədər ağlada bilmədik / "Bizi” oxuyanları, / Bir şeir qədər təsirləndirə bilmədik / Şevdiklərimizi. / Ona görə bizi sevməyənlər/ Şeiri sevdilər. " Azmı görmüşük əməli sevgidən kasad çevrəmizin, öz yaxınlarını sevgi umsuğu edən ətrafımızın "sevgi” və "şeir sevgisi” ilə bağlı ağız dolusu söhbətlərini. Hə, Elmar bundan da danışır. Öz saf, düşündürücü, fərqli səsi ilə.
Mən onun sitat elədiyim və bu kitabda oxuyacağınız digər- sitat eləmədiyim bir çox şeirlərini sevdim. Onlar məni düşündürdü, həqqiqətlərin bu üzü, Elmarın gözündən və qəlbindən görünən tərəfi məni bəzən heyrətəndirdi, bəzən üzdü, bəzən mütəəssir elədi, birmənalı olaraq dəyişdi.
Bilirsiz, nə yaşadım, əziz oxucu?
Elə bildim ki, bir başqa şəhərə, bir başqa məmləkətə səfər etdim. Və həmin şəhərdə, həmin məmləkətdə insanlar çox rahat, kompleksiz, çox adi və dərin danışırlar.
İnanıram ki, bu duyğuları siz də yaşayacaqsız!
Bu kitaba qədər yalnız bacarıqlı jurnalist kimi tanıdığım, amma bundan sonra həm də istedadlı şair və yaxşı (!) insan kimi sevdiyim səbirli Elmara minnətdarlıqla,
Səlim Babullaoğlu
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə
İlham Əliyev Polşa prezidentinə məktub göndərib - MƏTN
Növbədənkənar parlament seçkisi: nə vaxt olacaq? - Açıqlamalar
"GƏNCƏDƏ SAQQALLILAR və ÇAYQIRIQLILAR DEYİLƏN DƏSTƏLƏR VAR" - "...tüfəngi götürüb özünü güllələyəndən sonra qaçıb gediblər” (VİDEO)
Keniyada daşqın: 188 nəfər ölüb, 90 nəfər yoxa çıxıb
İçərişəhərə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - Müzakirə + FOTO
Sertifikasiya imtahanları haqda - Açıqlama
Vəzifəli şəxslərə cinayət işi açıldı - Rəsmi məlumat (TƏFƏRRÜAT)
Sabiq nazir xaricdəki bahalı mənzillərindən və YAP-a üzv olmamasından danışdı: "Mənə qarşı kampaniyanın arxasında kimin durduğunu bilirəm..."
"Rabitəbank”ın sabiq sədr müavini 735 min dollara mənzil alıb - Evin daxilindən FOTOLAR
Braziliyada güclü sel: ölənlərin sayı 29-a yüksəlib, 60-dan çox insan isə itkin düşüb
"Bu evlər heç bir təbii fəlakətə dözümlü deyil” - Ekspert (VİDEO)
Türkiyədə daha bir FETÖ əməliyyatı: 30 nəfər saxlanılıb
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)