31-01-2018 [19:15]
Ləman Ələşrəfqızı,
Əməkdar jurnalist
***
Salam Əsrimizin Siyavuşu, böyük demokrat, İstiqlalımızın parlaq ulduzu. Bu gün sənin doğum günündür. Bu il həm də cümhuriyyətimizin yubileyidir. Onu daş-daş, kərpic-kərpic quran kişilərin bayramıdır. Müstəqil dövlətimizin bayramı, 100 illiyidır.
Əlimdə 1919-cu ildə çıxan "Azərbaycan” qəzeti var. O qəzeti mənə Şirməmməd Hüseynov verib. Sizin fanatınız, cümhuriyyət dövrünün araşdırmaçısı, bizim müəllimimiz, sizin kimi fədakar bir insan.
Mən o qəzeti Şirməmməd müəllimə qaytarmalıydım, amma qaytarmadım, saxtakarlıq elədim. Bəlkə də ona görə qaytarmadım ki, o qəzetdə sizin imzanız var, yubiley məqaləniz var. Böyük Üzeyir Hacıbəylinin, Xəlil İbrahimin imzası var. Onda siz cəmi 1 yaşı olan cümhuriyyətimizi təbrik edirdiz, indi biz 100 yaşı olan cümhuriyyətimizi bayram etmək ərəfəsindəyik. İlimizi də dövlətimizin başçısı Cümhuriyyət ili elan edib.
Maraqlıdır deyilmi? 1918-ci ildən baxanda 2018-ci il necə görünərdisə, 2018-ci ildən baxanda da 1918-ci il o qədər maraqlı görünür. Daha maraqlısı əlimdəki qəzet, sizin o qəzetdəki imzanızdır. Oğluma göstərəndə elə bildi zarafat edirəm, sizin imzanızla çıxan qəzetin anasının əlində ola biləcəyinə inanmadı. Zarafat deyil, axı aradan 100 illik bir çay axır Məhəmməd Əmin kişi. O çayın şırıltısı mənə Girdmançayın şırıltısını xatırladır. Hansı ki, müstəqil cümhuriyyətimiz süqut edəndə və sən ən yaxın silahdaşınla Lahıca sığınanda, o çayın şırıltasında "Əsrimizin Siyavuşu”nu yazmışdın. Orda göstərmişdin ki, 23 ay ərzində bu gənc dövlət hansı gərəkli işlərə imza atıb, hansı məhrumiyyətlərdən keçib?!
Əlimdəki qəzetdə yubiley məqalənizdə də belə bir məqam var. "Hər nasılsa növzadımız bir yaşına çatdı. Bundan 6 ay əvvəl Azərbaycan Məclisi-Məbusanının açıldığı gün- bir kərə yüksələn bayraq bir daha enməz -demişdim. İçində bulunduğumuz zaman o qədər müşkül və o qədər pərxof idi ki, yüksəltdiyimiz bayrağı pək də yüksəkliyə qaldırmayır, onu yalnız parlaman binasına münhəsir etdirib də "müdara” göstərmək məcburiyyətində qalıyorduq. Bu məcburiyyətdənmüntəsir olan bəzi bədbinlər, hanı yaaa, bir kərə yüksələn bayraq bir daha endiriləməz diyorduz” diyordular. İştə qoy bugünkü gün milli bayraqlara boyanmış Azərbaycan paytaxtı o kibi bədbinlərin qəlbini təsfiyə etsin”.
Milli bayraqlara boyanmış 1919-cu ilin Bakısını görməyi bütün qəlbimlə necə istərdim bir bilsəniz böyük Öndər. Azərbaycan İstiqlaliyyətinin bir sənəliyi münasibətilə "Dardanel lokantası”nda bu şərəfə badə qaldırar, Sizə ürəkdən təşəkkür edərdim. Amma mümkünsüz. O əsrə, o illərə, Dardanel adlı lokantaya getmək Dardanel boğazına getmək qədər asan olsaydı nə dərdimiz vardı ki? Hər şey sizin həyatınız, ömür yolunuz, yaşadığınız ictimai-siyasi şərait qədər çətindir. Amma əminəm ki, qətiyyən peşiman deyilsiz. Ondan da əminəm ki, bir də doğulsaydınız yenə də belə mübariz, millətini sevən, bayrağını sevən, istiqlal mücahidi olardız.
Bu məktubu ad günün münasibətilə yazdım. Ad günündə giley-güzar etməzlər. Zatən ilimiz Cümhuriyyət ilidir. Gözləyirik ki, mayın 28-nə kimi xatirəniz ən yüksək səviyyədə anılacaq, bəlkə də şəhərin ən görkəmli yerində heykəlin ucaldılacaq, adını Bakı Dövlət Universitetinə qaytaracaqlar. Kim bilir bəlkə məzarını da gətirdilər Bakıya. Heykəlinin başına torba keçirən millətindən, haqqında hərzə-hədyan danışan naqiflərdən-nacinslərdən ürəyin sınıbmı görəsən? İnanmıram. Sənin durduğun ucalıqdan bunlar o qədər xırda, o qədər kiçik görünür ki...
Böyük amallar uğrunda vuruşanlar isə kiçik məsələlərlə uğraşmaz.
Əminəm ki, Azərbaycan təkcə doğulduğun yer deyil, Azərbaycan həm də sən DOĞDUĞUN yerdir. O sənin balandır. Balanı isə bütün ərköyünlüklərinə, kötülüklərinə, yamanlarına rəğmən yenə də sevərlər.
Sevgin həmişə dərin olsun böyük Məhəmməd Əmin. 134 yaşın mübarək.
Gununsesi.info
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində