18-11-2017 [10:42]
Nazirlər Kabinetinin qərarı ilə "Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda edilmiş dəyişikliklər ictimaiyyətdə bəzi suallar doğurub.
Mia.az xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün Müəllif Hüquqları Agentliyindən "Yeni Müsavat”a açıqlama verilib.
Açıqlamada bildirilir ki, şadlıq evlərində, restoran və kafelərdə musiqili əsərlərin istifadəsinə görə müəlliflərə qonorar ödənilməsini nəzərdə tutan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarına dəyişikliklər edilməsi barədə 20 oktyabr 2017-ci il tarixli, 466 nömrəli Qərarın tətbiqi bir yenilik deyil. Bu qanun 20 ildir mövcuddur, sadəcə olaraq ”Müəllif və əlaqəli hüquqlar haqqında" Qanunun həyata keçirilməsini nəzərdə tutan bu akt 20 il keçdikdən sonra müasirləşdirilib.
"Dünya praktikasına nəzər saldıqda görürük ki, əqli mülkiyyət və maddi mülkiyyət sahiblərinin qarşılıqlı münasibətlərini tənzimləyən qanunlar uğurla tətbiq olunur. Yəni hər kəsə bəllidir ki, şadlıq saraylarında, restoranlarda ifa olunan keyfiyyətli musiqi marketinq komponentinin vacib tərkib hissəsidir. Başqa sözlə desək, şadlıq saraylarında və restoranlarda səslənən əsərlər daha çox müştəri cəlb etməklə, məhz maddi mülkiyyət sahiblərinin qazancını artıran bir amildir. Bu bir növ sahibkarın əldə etdiyi qazancın çox cüzi bir hissəsinin istifadə olunan əsər müəllifləri ilə bölüşməsi anlamına da gəlir".
Qurum qonorarların ödəmə qaydasına da aydınlıq gətirib: "Bu mexanizm çox sadədir və dünya praktikasına istinadən yeni deyil. Restoran və ya şadlıq sarayının sahibləri tədbir bitdikdən sonra ifa edilmiş əsərlərin siyahısını qonorar yığımını həyata keçirən yerli ictimai təşkilata göndərir. Həmçinin qonorar məbləği də eyni təşkilatın hesabına köçürülür. Qonorar yığımını həyata keçirən həmin ictimai təşkilat təqdim edilmiş siyahıya uyğun olaraq qonorarları müəlliflər arasında bölüşdürür. Bir vacib məsələdə ondan ibarətdir ki, qonorar ödənildiyi halda söhbət milli və xarici əsərlər arasındakı ayrı seçkilikdən getmir. Qaydalar bütün əsərlərə aiddir, çünki qonorar yığan ictimai təşkilat adətənMüəlliflər və Bəstəkarlar Cəmiyyətlərinin Beynəlxalq (CISAC) qurumun üzvüdür və qayda bütün üzvlərə şamil edilir”.
O da vurğulanıb ki, xalq mahnılarına görə qonorar nəzərdə tutulmayıb.
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində