Almaniyada seçki: hansı partiya nə qədər səs toplayıb?

img

25-09-2017 [09:35]


Almaniyanın kansleri və parlament seçkilərində iştirak edən Xristian Demokrat İttifaqının lideri Angela Merkel yenidən Bundestaqa seçilib.

Bu barədə Almaniya MSK-nın məlumatında bildirilib. 

Qeyd edək ki, A.Merkelin başçılıq etdiyi alyans seçkilərdə qalib gəlib. Belə ki, son məlumata görə, bülletenlərin son hesablanmasından sonra hakim Xristian Demokrat İttifaqı 26,5% səs toplayıb. 

İkinci yerdə Sosial-Demokrat – 20,8%, üçüncü yerdə isə "Almaniya üçün Alternativ Partiya" qərarlaşıb – 11,9%.

Bundan başqa "Yaşıllar" – 9,1%, "Solçular" isə 7,9% səs toplayıblar/Trend.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA