Rusiyanın baş naziri Yerevana gedəcək - Səbəb

img

26-09-2017 [12:47]


Rusiyanın baş naziri Dmitri Medvedev oktyabrda Yerevana səfər edəcək.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının növbəti iclasına qatılacaq.

Dmitri Medvedevin Yerevana səfəri Ermənistan baş nazirləri üçün "taleyüklü” də sayıla bilər. O, ötən il Yerevana səfərini təxirə salıb. Bu səfərin reallaşması müddəti uzun çəkib. O vaxtki baş nazir Ovik Abramyan istefaya getdikdən sonra Dmitri Medvedev Ermənistana səfərini reallaşdırıb.

Ermənistanın hazırki baş naziri Karen Karapetyanın bu postda qalması məsələsi də 2018-ci ildə həll olunacaq. Ancaq Rusiya baş nazirinin səfərinin təxirə salınması haqqında məlumat yayılmayıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA