Avropa Birliyindən Bərzaniyə çağırış: "Referendumu ləğv edin, belə hallardan qaçın"

img

20-09-2017 [15:21]


Avropa Birliyi Şimali İraq Kürd Muxtariyyətinin rəhbərliyini referendum qərarını ləğv etməyə çağırır.

Bu sözləri Avropa Birliyinin baş diplomatı Federika Moqerini deyib.

"Avropa Birliyinin İraqın müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyini xatırladıram. Referendum qərarı kimi birtərəfli addımlar kontr-produktiv addımlardır. Belə hallardan qaçmaq lazımdır”, - Moqerini bildirib.

Xanım siyasətçi həmçinin məsələnin Bağdadla ŞİKM arasında sülhməramlı dialoqlar çərçivəsində həll edilməli olduğunu qeyd edib/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA