Putin müasir radarları "dələn" yeni raket sistemini sınaqdan çıxartdırdı - Qazaxıstandakı hədəf dəqiq vuruldu

img

18-09-2017 [18:59]


Rusiya prezidenti Putin Sank-Peterburqda Rusiya və Belarusun birgə keçirdiyi "Qərb 2017" adlı hərbi təlimdə ABŞ-ın qorxusu hesab olunan "İsgəndər-M" balistik raketlərinin sınaqdan çıxarılma prosesini izləyib.

Mia.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. 

Məlumatda qeyd edilib ki, Belarus ərazisindəki təlim düşərgəsindən atılan "İsgəndər-M" rarketi 480 kilometr məsafədə yerləşən Qazaxıstanın Maqat bölgəsindəki hədəfi dəqiq vurub:

"Bu raket ilk dəfə 2013-cü ildə rus ordusunun sərəncamına verilib. "İsgədər-M" uzaq məsafədəki təyyarə və helikopterleri dəqiq vurmaqla yanaşı, dünyanın ən qabaqcıl raketdən müdafiə sistemlərinin "diqqət"indən yayınmağı bacaran müasir dağıdıcı silah sayılır. ABŞ və NATO ölkəərini də elə bu məqam daha çox narahat edir".

Xatırladaq ki, həm Rusiya, həm də Belarus ərazisində keçirilən birgə təlimə 70 qırıcı təyyarə, 250 tank, 200 top, 10 savaş gəmisi, xeyli raketdən müdafiə sistemləri, həmçinin uzaqmənzilli raket sistemləri daxil olmaqla, 680 hərbi maşın və 12700 əsgər cəlb olunub. 

Təlimlər sentyabrın 20-də başa çatacaq.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA