"Şimali Koreya yıxılacaq, yox olacaq" - ABŞ-dan açıq savaş mesajı

img

17-09-2017 [20:31]


ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Şimali Koreyanın dünyaya meydan oxuyan hərəkətlərinin davam edəcəyi halda "yox" olacağını bəyan edib.

Mia.az xarici mediaya istinadən xəbər verir ki, Heyli BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın nüvə proqramını durdurmaq cəhdlərinin tükəndiyini bildirib: "Artıq elə vəziyyət yaranıb ki, ABŞ problemi Pentaqona yönəltmək məcburiyyətində qalıb. Bu səbəbdən məsələnin birbaşa müdafiə naziri Ceyms Mettisə həvalə olunmasından çox şadam".

Heyli deyib ki, hazırda masada hərbi müdaxilə ilə bağlı bir neçə plan var: "Əgər Şimai Koreya belə davranışını davam etdirərsə, ABŞ həm özünü, həm də mütəffiqlərini müdafiə etməli olacaq. O zaman Şimali Koreya yıxılacaq. Biz bunu bilirik. Düzdür, biz savaş istəmirik. Ona görə Şimali Koreya diqqətlə düşünməlidir".

Mia.az 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA