Rusiya ABŞ-ın dəstək verdiyi kürd silahlılarını vurdu - Koalisiyadan narazılıq

img

17-09-2017 [10:14]


İŞİD-lə mübarizədə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Rusiyanı "Suriya Demokratik Qüvvələri” (SDQ) adlandırılan müxalif qüvvələrinə aviazərbələr endirməkdə ittiham edib. 

Bu barədə koalisiyanın bəyanatında bildirilir.   

"Sentyabrın 16-da Qrinviç vaxtı ilə təxminən 12.30-da Rusiya qüvvələri Deyr əz-Zor şəhəri yaxınlığına aviazərbə endiriblər. Nəticədə koalisiyadakı tərəfdaş qüvvələrin döyüşçüləri yaralanıb”, - deyə koalisiyanın bəyanatında bildirilir.

Bəzi mənbələr zərbə nəticəsində 6 SDQ silahlısının yaralandığını bildirib.

Moskva isə bildirib ki, aviazərbənin endirilməsi ilə bağlı qərarlar kəşfiyyat məlumatları dəqiq yoxlandıqdan sonra verilir/APA.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA