Türkiyənin Rusiyadan “S-400” kompleksləri əldə etmək planına NATO-dan - Reaksiya

img

17-09-2017 [00:01]


Türkiyənin Rusiyadan "S-400” kompleksləri alması heç də Ankaranın NATO-dan uzaqlaşmasını və ya Rusiya ilə yaxınlaşmasını təsdiqləmir.

APA-nın xəbərinə görə, bu barədə NATO  baş katibinin diplomatiya üzrə köməkçisi Taçan İldem bildirib.    
 
"Türkiyənin Rusiyadan "S-400” kompleksləri almasına gəlincə, düşünmürəm ki, bu Türkiyənin NATO və qərb təsisatlardan uzaqlaşmasını və Rusiya ilə yaxınlaşmasını təsdiqləyir. Çünki, Türkiyə rəhbərliyi Ankaranın NATO-nun müttəfiqi olduğunu və həmişə olacağını aydın şəkildə bəyan edib”, - deyə İldem qeyd edib.
 
Qeyd edək ki,  Ankara və Moskva  arasında Rusiya istehsalı olan "S-400” zenit- raket komplekslərinin alınmasına dair saziş imzalanıb. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "S-400” komplekslərinə görə Ankaranın ilkin ödəniş etdiyini bəyan edib


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA