Tramp Türkiyə və Ukrayna prezidentləri ilə görüşəcək - Nyu-Yorkda

img

15-09-2017 [23:45]


ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Petro Poroşenko ilə görüşəcək.
 
APA-nın məlumatına görə görə, bunu ABŞ prezidentinin müşaviri Herbert Makmaster jurnalistlər üçün keçirdiyi brifinqdə bəyan edib.
 
"Sentyabrın 21-də prezidenti Tramp Türkiyə, Əfqanıstan və Ukrayna liderləri ilə görüşəcək. Daha sonra prezidentin Cənubi Koreya və Yaponiya rəhbərləri ilə birgə işçi nahar edəcəyi gözlənilir. Bundan əvvəl, sentyabrın 18-də prezident Fransa və İsrail liderləri ilə görüşəcək”, deyə H.Makmaster bildirib.
 
Qeyd edək ki, BMT Baş Assambleyasının növbəti 72-ci sessiyası sentyabrın 12-də BMT-nin mənzil-qərargahında başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA