Daha bir azərbaycanlının icra başçısı vəzifəsinə namizədliyi irəli sürüldü - Gürcüstanda seçki

img

14-09-2017 [13:40]


Müxalif "Avropa Gürcüstanı” partiyası azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda icra başçısı vəzifəsinə namizədini təqdim edib. 
 
APA-nın yerli bürosunun məlumatına əsasən, bu vəzifəyə Telman Həsənovun namizədliyi irəli sürülüb.
 
T. Həsənovu seçicilərə partiyanın lideri David Bakradze təqdim edib. Təqdimat mərasimində Qardabani rayonunda mövcud sosial və infrastruktur problemlərə toxunulub. 
 
Qeyd edək ki, müxalif "Avropa Gürcüstanı” partiyası azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısı vəzifəsinə Əhməd İmanquliyevin namizədliyini irəli sürüb.
 
Gürcüstanda yerli idarəetmə seçkiləri oktyabrın 21-də keçiriləcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA