Saakaşvili Ukraynaya keçdi - Sərhəddə qarşıdurma olub/ YENİLƏNİB

img

10-09-2017 [23:26]


Gürcüstanda axtarışda olan sabiq prezident və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukraynanın dövlət ərazisinə keçib.

"Report" UNN-ə istinadən xəbər verir ki, o, Ukrayna-Polşa sərhədində yerləşən "Şeqeni" beynəlxalq buraxılış məntəqəsini ora toplaşan tərəfdarlarının köməkliyi ilə polisin barrikadasını yararaq keçməyə müvəffəq olub.

Sərhədi keçən zaman Ukrayna polisi ilə fəallar arasında toqquşma baş verib.

Bundan əvvəl Ukrayna tərəfi sərhədin minalanması səbəbindən buraxılış məntəqəsi ilə giriş-çıxışı müvəqqəti olaraq bağlamışdı. Sərhədin Polşa tərəfindən isə Mixail Saakaşvili Ukrayna ərazisinə keçməyə hazırlaşırdı.
***
21:06
Polşa və Ukrayna sərhədində yerləşən "Şeqini" beynəlxalq buraxılış məntəqəsi minalanma xəbəri səbəbindən müvəqqəti olaraq bağlanıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin Qərb Regional İdarəsinin mətbuat xidmətinin rəhbəri Vladimir Şeremetə istinadən UNN məlumat yayıb.

"Şeqini" buraxılış məntəqəsi minalanıb. Minalama barədə məlumat daxil olub. Hazırda istehkamçıların gəlişini gözləyirik", - deyə o bildirib.

Odessa vilayətinin eks-qubernatoru və Gürcüstanda axtarışda olan sabiq prezident Mixail Saakaşvili sərhədin Polşa tərəfindədir və Ukrayna ərazisinə keçmək niyyətindədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA