"Dünya Myanmadakı qətliam qarşısında kar və kordur" - Ərdoğan

img

30-08-2017 [10:15]


Dünya Myanmadakı qətliam qarşısında kar və kordur. Nə eşitmir, nə də görmür.

Mia.az Sputnik-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət telekanalına özəl müsahibəsi zamanı deyib.

Myanmada ordunun və buddistlərin müsəlmanlara qarşı törətdiyi qətliam barəsində danışan Ərdoğan, məsələni BMT-də gündəmə gətirəcəklərini bildirib.

"Bu son hadisələr daha da acınacaqlıdır. Eşitdiyimiz rəqəmlər təəssüf ki, 3 minə yaxın insanın öldürülməsi ilə bağlıdır. Əlbəttə, bu məsələni ağır, şiddətli bir şəkildə pisləyirik. Bu mövzunu bütün beynəlxalq təşkilatların, BMT-nin qarşısında qaldıracağıq” – deyə prezident qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA