"Sülh yolu ilə və uzunmüddətli həllinə sadiqdir" - ABŞ-dan Qarabağ açıqlaması

img

29-08-2017 [00:29]


ABŞ Dövlət Departamenti Endryu Şefferin ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupuna yeni həmsədr təyin olunduğunu rəsmən elan edib.

Mia.az report-a istinadən xəbər verir ki, bu barədə Departamentin rəsmi nümayəndəsi Hizer Noyertin bəyanatında bildirilir. 

"ABŞ Minsk qrupu prosesinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və uzunmüddətli həllinin əldə olunması məsələsində tərəflərə yardım göstərilməsinə sadiqdir... Endryu Şeffer tərəflərə bu məqsədlərə nail olunmasında köməklik göstərməyə hazırdır", - deyə H.Noyert bildirib.

Dövlət Departamentinin sözçüsü qeyd edib ki, Amerika tərəfi Azərbaycan və Ermənistan hökumətlərini bu gün qüvvəyə minən təyinat barədə məlumatlandırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA