"Amerikaya daxil olub, birbaşa Ağ Evi ələ keçirərik" - Prezidentin oğlu Trampı əks hücumla hədələdi

img

14-08-2017 [15:33]


Venesueladakı daxili qarşıdurma və etirazçılara qarşı hökumətin mövqeyini sərt tənqid edən, eyni zamanda, başda prezident Nikolas Maduro və ailəsi olmaqla, bır sıra dövlət məmurlarına sanksiyalar tətbiq edən ABŞ-ın hədələri qarşı tərəfdə ciddi etiraz doğurub.

Mia.az xəbər verir ki, bir neçə gün əvvəl ABŞ prezidenti Donald Trampın "Venesuelaya hərbi müdqaxilə planı da masadadır" açıqlamasına isə rəsmi Karakasdan cavab gecikməyib.

Belə ki, Prezident Nikolas Maduronun oğlu Nikolas Maduro Guerra ötən gün Venesuela dövlət televiziyasında bir verilişə qatılaraq, ABŞ-ın təhdidinə hücumla cavab verəcəklərini bəyan edib.

O, bildirib ki, əgər ABŞ ölkəsinə hərbi müdaxilə edərsə, sərt əks cavabları olacaq: "Biz Amerikaya daxil olub, birbaşa Ağ Evi ələ keçirəcəyik". 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA