“Tramp kimi ağılsız adamla sağlam dialoq mümkün deyil" - Rəsmi Pxenyandan ABŞ-a mesaj

img

10-08-2017 [11:18]


Rəsmi Pxenyan ABŞ prezidenti Donald Trampla dialoqu qeyri-mümkün hesab edir.

"Report” xəbər verir ki, bu barədə "France Presse” məlumat yayıb.

Məlumatda bildirilir ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) Trampı yalnız mütləq gücün təsir edə biləcəyi adam hesab edir.

"Belə ağılsız adamla sağlam dialoq mümkün deyil. Ona yalnız mütləq güc təsir edə bilər”, – deyə agentlik KXDR-in ordu nümayəndəsinin Koreya Mərkəzi Teleqraf Agentliyə açıqlamasını sitat gətirib.

Xatırladaq ki, iki ölkə arasında münasibətlər Koreya Mərkəzi Teleqraf Agentliyinin son sutka ərzində KXDR-in ABŞ-ın Quam adasındakı hərbi bazasına raket zərbəsi endirməsi imkanlarına baxması barədə xəbər yaymasından sonra ciddi şəkildə kəskinləşib. ABŞ prezidenti Donald Tramp buna cavabında Koreya Xalq Demokratik Respublikasını atəşlə və qəzəblə hədələyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA