"Sonunu gətirəcək, xalqı məhv edəcək addımlardan çəkin” – Pentaqondan Kim Çen Inə xəbərdarlıq

img

09-08-2017 [21:48]


"Şimali Koreya nüvə proqramını dayandırmalı və rejimin sonuna gətirəcək, xalqı məhv edəcək addımlardan çəkinməlidir".

"RİA Novosti"nin verdiyi xəbərə görə, bunu Pentaqonun rəhbəri Ceyms Mettis bəyan edib.

"Kim Çen In BMT Təhlükəsizlik Şurasının vahid mövqeyini və dünya hökumətlərinin çağırışlarını nəzərə almalıdır. Artıq hamıya bəllidir ki, Koreya Xalq Demokratik Respublikası qlobal sabitlik və təhlükəsizliyə təhdiddir. Pxenyan rejimi istənilən silah yarışmasında və yaxud təşəbbüs göstərdiyi münaqişədə məğlub olacaq ”, - deyə, bəyanatda bildirilib.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA