Trampın seçki qərargahı sənədləri Senata göndərib - Rusiya məsələsi ilə bağlı

img

09-08-2017 [12:36]


ABŞ prezidenti Donald Trampın seçki qərargahı Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsi ilə bağlı Senatın tələb etdiyi sənədləri verməyə başlayıb.
 
APA-nın "Bloomberg”ə istinadən verdiyi xəbərə görə, seçki qərargahı və onun keçmiş rəhbəri Pol Manafort, eləcə də prezidentin oğlu kiçik Donald Tramp Senatın Kəşfiyyat komitəsinə müvafiq sənədləri təqdim edib. Avqustun 4-də qərargah 20 min səhifə, Manafort 400 səhifəyə yaxın, kiçik Tramp isə 250 səhifə sənədi Senata göndəriblər. 

Xatırladaq ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA