Putinin Abxaziyaya səfəri kəskin etiraz doğurdu - Rəsmi Tbilisidən bəyanat

img

08-08-2017 [21:47]


Gürcüstan XİN-i Rusiya prezidenti Vladimir Putinin ölkənin separatçı bölgəsi Abxaziyaya səfərini pisləyib.

Bu barədə  Gürcüstan XİN-in rəsmi bəyanatında bildirilir.  

XİN, Rusiya prezidentinin separatçı bölgəyə səfərinin fundamental normaları və beynəlxalq qanunvericiliyi pozduğunu qeyd edib.

 "XİN Rusiyanı Gürcüstanın dövlətçiliyinə qarşı yönəlmiş təxribatçı addımlara son qoymağa və suveren dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb”, - deyə bəyanatda bildirilir.

Gürcüstan XİN-i Rusiyanın beynəlxalq öhdəlikləri icra etməsi üçün beynəlxalq ictimaiyyəti effektiv tədbirlər görməyə çağırıb.  

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA