Putin Abxaziyaya müstəqillik mesajı verdi: "Sizə etibarlı təminat veririk"

img

08-08-2017 [19:27]


Rusiya prezidenti Vladimir Putin Gürcüstanın separatçı regionu Abxaziyaya səfər edib.
 
"RİA Novosti”nin verdiyi məlumata görə, V. Putin Abxaziya rəhbəri Raul Hacimba ilə görüşüb. 

O bildirib ki, Moskva bundan sonra da "respublika”nın təhlükəsizliyi və müstəqilliyinə təminat vermək niyyətindədir: "Bizim danışmağa mövzularımız var. Ən başlıcası odur ki, bizim Abxaziya ilə xüsusi, çox xüsusi münasibətlərimiz var. Biz Abxaziyanın təhlükəsizliyi və müstəqilliyinə etibarlı təminat veririk. Əminəm ki, bundan sonra da belə olacaq”.  
 
Qeyd edək ki, bu gün Gürcüstanın Cənubi Osetiya regionunda müharibənin 9-cu ildönümüdür. Bu müharibədən sonra – 2008-ci ilin avqustunda Rusiya Cənubi Osetiyanı və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA