Rəqqanın bir hissəsi İŞİD-dən azad edildi - Rəsmi açıqlama

img

03-08-2017 [20:40]


Suriyanın Rəqqa şəhərinin bir hissəsi İŞİD terrorçularından azad edilib. 

Bu barədə  İŞİD-lə mübarizə üzrə koalisiyanın rəsmi nümayəndəsi Rayan Dillon bildirib.  

"Rəqqanın azad edilməsi uğrunda əməliyyat artıq iki aydır davam edir. Şəhər ərazisinin 45 faizi "Suriya Demokratik Qüvvələri”nin nəzarətindədir”, - deyə, R.Dillon bildirib.   

Qeyd edək ki,  "Suriya Demokratik Qüvvələri” adlandırılan koalisiyasının əsas hissəsini ABŞ və onun müttəfiqləri tərəfindən dəstəklənən YPG/PYD kürd terror qruplaşmalarının silahlıları təşkil edir.

R.Dillon həmçinin  YPG/PYD kürd terror qruplaşmalarına tankların tədarük edilməsinə dair yayılan xəbərləri təkzib edib: "Bu xəbərlər yanlışdır”. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA