Baş naziri ABŞ-ın vitse-prezidenti ilə görüşə buraxmadılar - İdman ayaqqabısı geydiyinə görə...

img

03-08-2017 [16:27]


Albaniyanın baş naziri Edi Rama ABŞ-ın vitse-prezidenti Mayk Pens ilə şəkil çəkdirmək mərasiminə buraxılmayıb. 

Buna baş nazirin tədbirə ağ idman ayaqqabısında gəlməsi səbəb olub.

Bu faktı Albaniyanın sabiq prezidenti Sali Berişa da təsdiqləyib. Onun sözlərinə görə, işgüzar kostyum geyinməsinə baxmayaraq, baş nazirin ayağında idman ayaqqabısı olub.

Qeyd edək ki, M.Pens ilə şəkil çəkdirmək üçün Monteneqro, Makedoniya, Bosniya və Herseqovina, Sloveniya, Xorvatiya və Serbiyanın baş nazirləri, həmçinin tanınmamış Kosovonun lideri iştirak edib. Şəkildə Albaniyanın baş naziri yoxdur. Eyni zamanda, Adriatik xartiyası ölkələri baş nazirlərinin görüşündən olan fotolar Albaniya baş nazirinin həqiqətən məşhur markanın ağ idman ayaqqabısında olduğunu təsdiq edir.

Müşahidəçilər xatırladır ki, bu, E.Ramanın publikanı geyimi ilə təəccübləndirdiyi ilk hal deyil.

Qeyd edək ki, M.Pens Monteneqronun əsas şəhəri olan Podqoritsaya çərşənbə axşamı gecə saatlarında gedib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA