ABŞ Federal Təhqiqat Bürosunun yeni direktoru bəlli oldu - Senat təsdiqlədi

img

02-08-2017 [15:31]


ABŞ Federal Təhqiqat Bürosunun yeni direktoru Kristofer Rey olub.

BBC xəbər verir ki, onun namizədliyini Senat təsdiqləyib.

Kristofer Rey cari ilin may ayında istefaya göndərilən Ceyms Komini əvəz edib.

Məlumata görə, ABŞ prezidenti Donald Tramp iyulun sonunda çoxları üçün gözlənilmədən bu posta namizəd olaraq, Krstofer Reyin adını açıqlamışdı.

"Vaşinqton Rusiya ilə çox ehtiyatla davranmalıdır”, - Senatdakı dinləmələrdə K.Rey deyib

Kremlin ötən ilin noyabrında ABŞ-da keçirilmiş prezident seçkisinə müdaxiləsi ilə bağlı sualı isə o, belə cavablandırıb: "Şübhələnməyə əsas yoxdur”.

50 yaşlı Kristofer Rey Nyu-Yorkda doğulub. 1989-cu ildə Yel Universitetini bitirib, 1992-c ildə isə Yel Hüquq məktəbində hüquq dərəcəsi alıb/Report 

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA