"Rusiyanın cəhdləri qarşısında qətiyyətinizdən heyranıq” - ABŞ-ın vitse-prezidenti

img

02-08-2017 [11:20]


ABŞ-ın vitse-prezidenti Avropa turnesi çərçivəsində Monteneqroya səfər edib

APA-nın xəbərinə görə, M. Pens Podqoritsada ABŞ-Monteneqro ikitərəfli əməkdaşlığı, o cümlədən NATO çərçivəsində əməkdaşlıq məsələlərinə dair müzakirə aparıb. Ağ Evdən bildirilib ki, vitse-prezident Monteneqroya ABŞ-ın dəstəyini ifadə edib: 

"Vitse-prezident bizim NATO üzrə ən yeni müttəfiqimiz olan Monteneqroya dəyişməz dəstəyimizi, eləcə də Rusiyanın onu avroatlantik yoldan döndərmək cəhdləri qarşısında Monteneqronun qətiyyətindən heyranlıq duyduğunu ifadə edib”.
 
M. Pens Monteneqro prezidenti Filip Vuyanoviç və baş nazir Duşko Markoviçlə görüşüb. Bu gün o, Qərbi Balkan ölkələri liderlərinin iştirakı ilə Adriatik Xartiyası ölkələrinin sammitinə qatılacaq.
 
Xatırladaq ki, iyun ayının əvvəlində Monteneqro NATO-nun 29-cu üzvü olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA