Dövlət İmtahan Mərkəzi işçi qrupları yaratdı – Məqsəd

img

01-08-2017 [11:59]


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ixtisas seçimində iştirak etmək üçün müsabiqə şərtləri və elektron ərizələrin doldurulma qaydasının izah edilməsi məqsədilə Bakıda və DİM-in regional bölmələrində "işçi qrup”lar yaradılıb.

Mia.az DİM-ə istinadən bildirir ki,  "işçi qrup”ların əməkdaşları abituriyentlərə yalnız ərizənin doldurulma qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həllində yardımçı ola bilərlər.

Elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiqi abituriyentin özü tərəfindən həyata keçirilməlidir. "İşçi qrup”lar iyulun 31-dən avqustun 10-dək (saat 10:00-dan 17:00-dək, şənbə və bazar günləri istisna olmaqla) DİM (Bakı ş., Nəsimi rayonu, A. Salamzadə 28, Bakı Asiya Universiteti), DİM-in Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10), DİM-in Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina), DİM-in Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52), DİM-in Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., Məmmədəmin Rəsulzadə küçəsi, 7b), DİM-in Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182), DİM-in Şirvan Regional Bölməsi (Şirvan ş., Rəsulzadə küçəsi, 19), DİM-in Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43), DİM-in Bərdə Regional Bölməsində (Bərdə ş., H.Əliyev prospekti, 100) fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA